3)Database Performance(ORACLE)-PGA(Program Global Area)

Data Engineering
1 min readOct 17, 2022

--

PGA yaddaş(memory) sahəsidir və hər istifadəçi üçün ayrı olur.Bir istifadəçi digər istifadəçinin yaddaş sahəsini görə bilmir.PGA-nın aşağıdakı alt sahələri var:

Session Area. İstifadəçi database-ə qoşulan zaman,database tərəfindən həmin istifadəçi üçün session açılır.Həmin session bu sahədə saxlanılır.Burada session status,login məlumat və s. olur.Nə qədər fərqli session açılarsa, o qədər də session sahə açılır.Mütləq iş bitdikdən sonra session bağlanmalıdır.

Private SQL Area.Bu sahə 2 alt sahədən ibarətdir.

Persistent Area-cursor içərisində olan bind dəyişənləri(:p) saxlayır.Bu dəyişənlər cursor bağlananda ləğv olunur.

Runtime Area-execution haqqında məlumat saxlayır.Yəni,cədvəl oxundumu? Nə qədər oxundu? Oxuma bitdimi? kimi məlumatlar saxlanılır.

Cursor Area-cursor haqqında məlumatı saxlayır.

SQL Work Area-diskdən qayıdan dataları işlədir.Alt sahələrin nə olduğu bizə lazım deyil.

Ümumi olaraq demək olar ki,bütün session yönümlü datalar burada saxlanılır və icra olunur.

PGA-nın ölçüsü database performans üçün çox vacibdir.PGA-nın ölçüsü 2 cür təyin oluna bilər:

  1. Standart ölçü təyin etmək;
  2. Avtomatik olaraq ölçü təyin etmək.

Ən yaxşısı avtomatik olaraq ölçünün təyin olunmasıdır.Çünki ele session ola bilərki,kiçik yaxud böyük ölçüyə ehtiyac olsun. Bu ölçü DBA tərəfindən təyin olunur.

Mövzunun davamı 4-cü bloqda olacaq…..

--

--