Biznesin inkişaf strategiyaları

Biznesin mənfəət gətirməsi üçün inkişaf etməsi lazımdır. Biznesi inkişaf etdirməyin yolları hansılardır?

  1. Bazar penetrasiyası vasitəsi ilə: yeni bazarlara çıxmaq, yeni müştəri seqmentlərinə xitab etmək vasitəsi ilə satışları qısa zamanda artırmaq mümkündür.
  2. Bazarın inkişaf etdirilməsi vasitəsi ilə: əsas biznesiniz ilə yanaşı, müştərinin mövcud və ya xəbərsiz olduğu ehtiyclarını qarşılamaq məqsədi ilə əlavə məhsul və xidmətlərin təqdim olunması. Telefon ilə bərabər aksessuar satışı, Lego oyuncaqlar seriyaları buna misaldır.
  3. Məhsulun inkişaf etdirilməsi vasitəsi ilə: məhsulu daha da təkminləşdirib, əlavə funksiyalar əlavə edib, hətta bəzən qiymətini qaldırıb imicini artırmaqla gəliri artırmaq mümkündür.
  4. Diversifikasiya: mövcud biznes sahəsi inkişafında təpəni görübsə yeni sahələr axtarmaq, yeni fürsətləri dəyərləndirməyin əsl vaxtıdır.

Sahibkarın, satış və marketinqin birbaşa vəzifəsi hər 4 yolu davamlı olaraq dəyərləndirmək, biznesin inkişafına və gəlirliyin artımına nail olmaqdır.