Brendin inkişafı nəyə bağlıdır?

Brend canlı bir varlıqdır, idarəetməyə və inkişaf etdirməyə ehtiyacı var. Bunun üçün 5 əsas amili daima nəzarətdə saxlamaq lazımdır:

  1. Brend şirkətin biznes strategiyasına bağlı və ondan asılıdır. Brendin inkişafı ilk növbədə şirkətin qarşısına qoyduğu məqsədlərə uyğun olmalıdır.
  2. Brendin imici necədir? Müştərilər brendi necə qəbul edir, onun barəsində nə düşünür? Bu məlumatları bilmədən hardan gəldiyimizi və hara gedəcəyimizi bilməyimiz mümkün deyil.
  3. Bazar trendləri barədə məlumatlı olmaq, brendə və müştərilərinə təsir göstərən (göstərəcək) amilləri araşdırmaq və öyrənmək lazımdır.
  4. Müştəriləri analiz etmək, seqmentləşdirmək, motivasiya və meyillərini öyrənmək, alış səbəblərini bilmək brendin inkişafı üçün olduqça vacibdir. Brendin daima tələbdə olması müştərilərinin qarşılanmayan tələblərinə cavab verməsinə birbaşa bağlıdır.
  5. Rəqiblərin mövqeləndirilməsini, güclü və zəif tərəflərini, cari addımlarını və planlarından xəbərdar olmaq, bu məlumatlar əsasında brendin inkişafına yön vermək lazımdır.

Brendin inkişafı daha çox loyal müştəri, davamlı satışlar, rəqiblərə qarşı güc deməkdir.