İşi düzgün icra etməyin qaydası

Uğura aparacaq iş görməyin sirri nədir? İşi necə düzgün icra etmək lazımdır ki, nəticədə uğur əldə edə biləsən?

  1. İlk əvvəl görüləcək işi müəyyən etmək, ümumi işi mümkün qədər çox və kiçik hissələrə bölmək lazımdır. İş nə qədər böyük və ağır görsənsə də, kiçik işçiklərə bölündükdən sonra o qədər yüngül və asan olduğuna şahid olacaqsız. Həm də, əmin ola biləcəksiniz ki, iş bitəndə heç bir iş yaddan çıxmayıb.
  2. Hər bir işin icra və bitmə vaxtını təyin edin, ardıcıllığı, işlərin bir-birindən asıllığını qeyd edin.
  3. İşləri icra edəcək şəxsləri təyin edin, onlara bu işləri görəcək səlahiyyət verin, onların məsuliyyəti dərk etdiklərin əmin olun.
  4. İşlərin icrasına, icraçıların iş perfomansına nəzarət edəcək mexanizm qurun: bu işə məsul şəxsləri təyin edin, hesabat verməyin qaydasını və vaxtlarını müəyyən edin.
  5. İş prosesini təkminləşdirəcək düzəlişlər və dəyişikliklər edin: bunun üçün mütəmadi görüşlər, dəyərləndirmələr keçirin, fərqlənən icraçıları həvəsləndirin, işin öhdəsindən gələ bilməyən işçiləri əvəz edin.

İş prosesinin təkmişləşdirilməsinin sonu yoxdur. Maksimal şəkildə təkminləşdirilən iş prosesi biznesin rəqabətqabiliyyətliyini artırır, işi qısa müddətdə uğurla bitirməyə imkan verir və maksimum mənfəət gətirir.