Reklam nədir?

Reklam nəinki insan həyatının, o cümlədən təbiətin ayrılmaz bir parçasıdır. Canlıların həyatları, sağ qalması və artması bir çox hallarda reklamdan asılıdır.
Reklamın 3 əsas özəlliyi var:
- mübadilə
2. diqqət cəlb etmə
3. qarşılıqlı fayda
Reklamın mahiyyətində mübadilə durur — satıcı öz malını satmaq, alıcı isə məqbul şərtlərlə almaq istəyir.
Satıcı öz malını satmaq üçün alıcının diqqətini cəlb etməlidir.
Reklamın nəticəsində qarşılıqlı fayda meydana gəlməlidir. Alıcı ziyan çəkəcəksə reklam yalana çevrilir, satıcı ziyan çəkirsə reklam mənasız olur.
Bu 3 şərtin qorunduğu reklam uğurlu və faydalı olur.