The Ambassadors — Səfirlər

“The Ambassadors” — Səfirlər

Hər nə qədər məşğul olduğum iş ilə bağlı daha çox texniki mövzularla maraqlanıb, bu sahədəki texniki materilları mütaliə etsəmdə incəsənət xüsusi ilə də rəsmlər və onların anlatdıqları hekayələr ən sevdiyim hobbilərim arasında öz yerini qoruyub saxlaya bilib.

İllərdir texniki sahədə ixtisaslaşmış birisinin incəsənət mövzusunda məqalə yazmağı nə qədər qəribə olsada (özümə belə təəccüblü gəlir) bu sahədə topladığım maraqlı məlumatları digərləri ilə bölüşmək və davamlı bloq məqalələri yazma vərdişimi geri qazanmaq üçün bu gündən etibarən şəxsi bloqumda bu sahəyə aid həvəskar məqalələr yayımlamaq qərarına gəldim.

Bu mövzudakı ilk yazımı renesans dövrünün məhşur əsərlərindən olan və sahib olduğu detallar baxımından diqqəti dərhal üzərinə cəlb edə bilən “The Ambassadors” — a (Səfirlər)- həsr edirəm.

İlk baxışda sifariş olduğu anlaşılan bu əsərin müəllifi məhşur rəssam Holbein-dir. (Hans Holbein) Əsərin 1533-cü ildə fransız səfir Jean de Dinteville tərəfindən sifariş edildiyi təxmin edilir. Şəkildəki rahib isə Dinteville-nin dostu Georges de Selve-dir. O da dostu Dinteville kimi müxtəlif ölkələrdə fransız səfiri olaraq çalışıb. Dövrünün iki məhşur “diplomatının” yer aldığı bu tablonun “Səfirlər” olaraq adlandırılması təbiidir.

Əsərdə ən diqqət çəkən məqamlar isə mərkəzdə yer alan taxçanın üzərindəki əşyalar ilə tablonun alt hissəsində yerləşən perspektivi pozulmuş elementdir. Bu əşya və alətlərin bir çoxunun səfirlər tərəfindən səyahət etdikləri yerlərdən gətirilməsini təxmin etmək olar. İlk baxışda sadə görünən və dərhal anlaşılan bu nüansın əksinə əsərin görünməyən mənalara sahib olduğu və yer alan onlarca gizlənmiş simvoldan dolayı renesans dövrününə aid tapmaca olduğu iddia edilir. Gizlədilmiş olduğu söylənən məqamlar və iddialar tablonu sifariş əsasında çəkilmiş rəsm olmaqdan çıxararaq onu rəssamın şah əsərinə çevirir.

Rəsmin çəkilişi ingilis və fransız krallıqlarının roma papası ilə çəkişmədə olduğu, avropada tüğyan edən reformist dalğanın pik həddə çatdığı və protestantlığın yaranması ilə katolik kilsəsinin bölündüyü dövrə təsadüf edir. Bu səbəbdən də əsərdə yer alan simvolların hökm sürən gərgin və qarışıq dövrə aid mənalara sahib olduğu fərziyyəsi irəli sürülür.

Fərziyyələrə əsasən şəkildəki əşyalar 3 pillə şəklində yerləşdirilib və hər bir pillə özünəməxsus məna kəsb edir. Taxçanın üst gözündəki coğrafi alətlər ilahi gücü, alt gözündəkilər isə canlı aləmi, alt hissədə düzgün olmayan prespektivdə yer alan kəllə sümüyünün isə ölümü simvolizə etdiyinə inanılır.

The Ambassadors — Səfirlər

Tablonu detallı incələdikdə daha maraqlı məqamların aşkar olunduğunun şahidi oluruq. Misal üçün:

Solda yerləşən kürədə (1) kainatdakı ulduzları koordinat sistemi əsasında təyin edə bilən şkala mövcuddur. Kürənin üstündəki zaman oxu 11 aprel 1533 tarixini göstərir və cari koordinatların Roma şəhərinə aid olduğu müəyyən olunub. Bu detalın o dövrdə İngiltərə krallığı ilə roma papası arasında yaşanan dini münaqişəni simvolizə etdiyi düşünülür. Kürənin sağında yerləşənlərlər isə vaxtı və coğrafi koordinatları təyin etmək üçün istifadə olunan ibtidai alətlərdir. Kürənin sağında yerləşən slindir formasında olan 11 aprel 1533-cü il tarixində ingiltərə vaxtı ilə saat 16:00-u göstərən günəş saatıdır. (2) Həmin taxçada yer alan digər ibtidai zaman qurğularıda müxtəlif qurşaqlara aid olan fərqli saatları göstərir. Taxçanın üst gözünə sərilən xalınında (3) türk-anadolu motivləri əsasında toxunduğuda diqqətlərdən yayınmayan digər bir nüansdır.

Taxcanın alt gözündə yerləşən qlobus (4) üzərində Holbein-də doğulub boya-başa çatdığı fransız əyaləti olan Polisy görsənir. Bu işarə ilə rəssamın tabloda müəllifi işarə edən iz buraxdığı düşünülür. Qlobusun sağında olan riyaziyyat kitabının (5) açıq olan səhifəsində görsənən qollu bölmə hesablamalarının o dövrdə geniş vüsət alan siyasi və dini bölünməyə işarə etdiyi güman olunur. Kitabın sağında olan bir simi qırıq udun (6) (və ya lavtanın) hökm edən reformist cərəyan nəticəsində meydana gələn dini qırıqlıqları simvolizə etdiyi düşünülür. Sol üst küncdə yerləşən və yarısı pərdə arxasında gizlənən xaçın isə kilsənin bölünməsinə diqqət çəkmək məqsədi ilə tabloya əlavə edildiyi təxmin edilir.

Heç şübhəsiz ən diqqət çəkən məqam şəklin alt hissəsindəki prespektivi fərqli olan kəllə sümüyüdür. Belə bir elementin tabloda nə üçün yer aldığı haqqında dəqiq bir məlumat yoxdur. Fikrimcə pilləkanların yanına asılacağı nəzərdə tutularaq yan tərəfdən yuxarı qalxan şəxsin şəkli doğru perespektivdə görməsi planlaşdırılıb. Photoshop-un mövcud olmadığı o dövrdə belə qəliz prespektiv necə əldə edilməsinin özü də olduqca müəmmalıdır. Bu mövzuda fikir yaratması baxımından Barış Özcanın bu tablo ilə bağlı şərhininin videosunu izləyə bilərsiniz.

Əlbətdə ki, şəkildəki gizli simgələr bunlarla bitmir. Tablonun bir çox yerinə səfirlərin həyatı ilə bağlı müxtəlif tarixlər həkk olunub.