App Store`un ən populyar tətbiqi- Sarahah..

App Store`un ən populyar tətbiqi hansıdır? Bu suala 1–2 ay əvvəl cavab verməli olsaydıq bu Instagram, Youtube və ya digər bir tətbiq ola bilərdi. Ancaq hal-hazırda cavabkonkretdir: Sarahah.

Səudiyyə Ərəbistanlı Developer Zain al-Abidin Tawfiq tərəfindən yaradılan bu şəbəkə anonim mesaj yollamaq üçün bir tətbiqdir. Bir növ bu şəbəkəni bir vaxtlar Azərbaycanlı istifadəçilər arasında məhşur olan və daha sonra qlamurkalarımızın və tuz qaqalarımızın hücumuna məruz qalan ask.fm sosial şəbəkəsinə bənzədənlər də çoxdur. Təməl fərq isə cavablama sistemidir. Ask.fm-də olduğu kimi cavablamaq bu sistemdə mümkün deyil.

Siz öz sevimli mesajlarınızı vurğulaya və auditoriyanızı seçə də bilirsiniz.

Ərəbcədə “dürüstlük” və ya “dürüst olmaq” mənasını verən Sarahah tətbiqi, bir neft şirkətində tam gün çalışan Tawfiq tərəfindən 2016-cı ildə inkişaf etdirilməyə başlamış və adıyla doğru mütənasib olaraq insanların bir-birinə qarşı dürüst ola bilmələrini özünə məqsəd seçmişdir.

Sarahah xüsusilə İngiliscə və Ərəbcə danışılan bölgələrdə həddindən artıq məşhurdur. Təbii ki, belə şeylərdə biz də heç vaxt qonşu ölkələrdən geri qalmarıq. Elə qonşu ölkələrdən geri qalmamağımızın başlıca səbəbi bu “qonşudan qalma geri” deyimimizdir.

Sonda isə vurğulamaq istəyirəm ki, Allah Tawgiq-in cibinə bərəkət versin, tutuzduranlar sırasına daxil oldu. Bu böyük bir uğurdur. Lakin çalışın daima dürüstlüyünüzü qoruyun, hər hansı şəbəkədən asılı olmadan.