OOP(Obyekt yönümlü proqramlaşdırma)

Aqil Safarov
Jan 19, 2022

--

Proqramlaşdırma dillərinin bir neçə növləri vardır ki onlardan biridə obyekt yönümlü proqramlaşdırma dilidir.
Obyekt yönümlü proqramlaşdırma (OOP) siniflər və obyektlər konsepsiyasına əsaslanan proqramlaşdırma paradiqmasıdır. 1960-cı illərin sonlarında ortaya çıxan bu proqramlaşdırma forması o dövrdə proqram dünyasının yaşadığı çətinliklərin nəticəsidir. Adından göründüyü kimi, Obyekt yönümlü Proqramlaşdırma və ya OOP proqramlaşdırmada obyektlərdən istifadə edən dilləri ifadə edir(Java, C++, C#, Python). Obyekt yönümlü proqramlaşdırmanın əsas prinsipləri aşağdakilərdir
encapsulation(kapsulyasiya),
inheritance(miras),
polymorphism (polimorfizm),
abstraction(mücərrədlik),
classes(klaslar)
Təhlükəsiz kodu təmin etdiyi üçün kapsullaşdırma əsas prinsiplərdən biridir. Həmçinin miras anlayışı ilə kodun təkrar istifadəsi mümkündür
və polimorfizm kodun çox hissəsini dəyişdirmədən tətbiqlərin yayılmasına imkan verir. OOP’nin əsas məqsədi, məlumatları və bunlar üzerinde işləyən funksiyalrı birbirinə bağlamaqdır, beləliklə kodun başqa heçbir parçası bu funksiyadan başqa bu məlumatlara daxil ola bilməz

--

--

Aqil Safarov

Hello World. I’m a Cyber Security Specialist and Software Developer and I am write an article about my sphere