DeFi nədir?

Azeri BTC
2 min readSep 14, 2020

--

DeFi nədir?

Qeyri-mərkəzi maliyyə (decentralized finace), qısa sözlə DeFi, qeyri-mərkəzi maliyyə xidmətlərini və məhsullarını izah edən ifadədir. Ağıllı müqavilələr və mərkəzdən idarə olunmayan texnologiyalar yeni maliyyə xidmətlərinin ortaya çıxmasını mümkün edir. DeFi da blockchain texnologiyasının mümkün etdiyi yeni texnoloji sistemdir. DeFi -a misal olaraq kredit xidmətlərini, qeyri-mərkəzi birjaları, mərkəzi idarə olunmayan alış-satış proqramları, stabil koinləri və s. göstərmək olar. Sadalananlardan savayı bu sferada infrastruktur quran, ödəmə sistemlərini və depozit idarəsini təşkil edən oyunçular da var.

Qeyri-mərkəzi maliyyə (DeFi) ənənəvi maliyyə sisteminin təkmilləşdirilmiş versiyasıdır. Ənənəvi maliyyə sistemi mərkəzləşdirilmiş qurumlar ətrafında cəmləşib və bu mərkəzləşmə də öz növbəsində bir çox şəxslərin maliyyə xidmətlərinə və qlobal iqtisadiyyata olan girişini əngəlləyir. DeFi-ın ən əsas üstünlüyü onun banksız və sənədsiz olan insanlara xidmət edə bilməsidir. Dünya Bankının 2018-ci ildə paylaşdığı reportda qeyd edilir ki, dünyada 1.7 milyarddan çox banksız insan var.

Açıq mənbəli DeFi təşəbbüsləri əlbəttə ki, kriptovalyuta iqtisadi sistemində önəmlidir və DeFi proqramları bu iqitsadi sisteminin təkamülündə öncül rola sahibdilər. Güvənilir və təhlükəsizliyin təmin edildiyi DeFi proyektləri banksız insanlara kömək etməklə yanaşı, həm də mövcud kriptovalyuta istifadəçilərinin ənənəvi maliyyə sistemindən asılılığını da azaldır. DeFi-ı fintech proyektləri ilə səhv salmamalıyıq. Fintech proyektləri mövcud maliyyə sistemini daha da təkmilləşdirərək istifadəçiyə rahatlığı təmin etsələr də, onlar mərkəzi sistemin bir parçası kimi fəaliyyət göstərirlər və bu da öz növbəsində bir çox limitlər yaradır.

DeFi proyektlərinin icrasına 2017-ci ildən başlanılıb və hər keçən gün həm mövcud proyektlər təkmilləşir, həm də sferaya yeni DeFi həll yolları daxil olur. 3 ildən qısa bir müddətdə DeFi proyektlərinə yatırılan dəyər 3 milyard dolları keçmişdir.

DeFi proyektərinə misal kimi Maker Dao, Aave (Lend), Augur, Bancor, Kava, Uniswap kimi adları göstərmək olar.

--

--

Azeri BTC

Azərbaycan üçün yaradılmış AzeriBTC Bitcoin KriptoValyuta və Blockchain xəbər və məlumat portalının rəsmi Medium səhifəsi