Bryan Caplan: Diktaturanın Siyasi İqtisadiyyatı

Bilal Ashrafov
Draft · 6 min read

Bu yazı, Ronald Wintrobe’un “Political Economy of Dictatorship” (Diktaturanın Siyasi İqtisadiyyatı) əsərinin George Mason Universiteti’ndən iqtisad professoru Bryan Caplan tərəfindən hazırlanan icmalının tərcüməsidir.

ABŞ-da yerləşən George Mason Universiteti’ndə iqtisadiyyat üzrə professor olan iqtisadçı Bryan Caplan

Bir akademik üçün əhəmiyyətsiz bir mövzuda nöqsansız bir əsər yazmaq, maraqlı bir mövzunu araşdırmaqdan və yol boyunca bir neçə səhv etməkdən daha etibarlıdır. “The Political Economy of Dictatorship” əsərində, Ronald Wintrobe, daha riskli olan ikinci yolu seçir. Çəkingən olmayan bir iqtisadi yanaşma istifadə edərək, diktatorların necə hakimiyyətdə qaldıqlarını, siyasi təyziq və iqtisadi performansın bir-birlərinə necə təsir göstərdiyini, demokratik durğunluğun və milliyətçiliyin təbiətini və bürokratiyanın necə işlədiyini açıqlamağa çalışır.

Political Economy of Dictatorship, Ronald Wintrobe

Wintrobe, diktatorların ağırlıqlı ortalama gücünü və şəxsi istehlakını maksimum (maximize) etdiyini müəyyənləşdirən formal bir avtokratiya modeli ilə başlayır. Qütblərdə, bir diktator – saf bir güc-artdırıcı (“totalitar”) və ya saf bir şəxsi-mənfəət artdırıcı (fərasətsiz) ola bilər. Seçimləri nə olursa olsun, diktatorlar, resursları rəqiblərini repressiya etmək və sadiq dəstəkçilərini mükafatlandırmaq arasında bölüşdürməlidir.

Bu qərar, standart orta-mikroiqtisadi problem kimi görünsə də, xüsusilə əskik məlumat (diktatorların müxaliflərini repressiya etmək qabiliyyətləri, bir çox müxalifi, dəstəkçi kimi davranmağa sövq edir) və xətalı tətbiqetmə (nə diktatorlar, nə sadiq dəstəkçilər, nə də geniş mənasıyla xalq, bir-birlərinin sözləriniə asanlıqla güvənə bilməzlər) kimi bəzi faktorlar analizi mürəkkəbləşdirir.

İqtisadçı olmayanlara, böyük ehtimal, Wobtrobe’un mənfəə-artdırıcı formal diktator modeli, kəsə varkən uzun yoldan getmək kimi dəyərləndirəcək. Amma onun, əskik məlumat və xətalı tətbiqetməsi haqqında etdiyi vurğu çox daha səmərəlidir. Wintrobe, demokratiyalarda, insanlanların cəzəlandırılma qorxusu olmadan seçimlərini ifadə edə bildiklərini və seçki qutularında sözlərini tutmayan liderlərdən heyf çıxa bildiklərni açıqlayır. Bu cavablar, nadirən məlumat və tətbiqetmə problemlərinə mükəmməl həll olur, amma diktaturalarda vəziyyət daha da pisdir; insanlar həqiqətən nəyə inandıqların dilə gətirməkdə adətən daha da çəkinirlər və sözünü tutmayan bir diktatoru cəzalandırmağın heç bir asan yolu yoxdur.

Buna görə, diktatorlar, demokratik tətbiqetmə mexanizmasının zəifliyini tarazlamaq üçün sədaqət şəbəkəsinin inşasını vurğulayırlar; diktatorlar, eyni zamanda, cəmiyyətin digər üzvlərinə potansial olaraq diktatorun istəkləriylə işləyən sözləşmələri tətbiqetmə icazəsi verən bağlılıq zincirlərinə anidən hücum etməyə meyillidirlər. Belə ki, Wobtrobe’a görə,

Stalin, fövqəl’adə surətdə amansız olmuş ola bilər, amma terorrun təsirlərinə onun baxış bucağında baxası olsaq, o irrasional deyildi… SİKP’i (Sovet İttifaqı Kommunist Partiyası), xüsusilə üst mərtəbələrini, əsasən bağlılıqları SİKP’in özünə (və ya bir-birlərinə) olan Köhnə Bolşeviklərin qurduğu bir təşkilatdan, bütünüylə özünün qurduğu bir elitaya çevirdi. (səh. 227)

Yuxarıdan-aşağıya (“şaquli”) sədaqət şəbəkələri diktatorları hakimiyyətdə saxlayır; “üfuqi” sədaqət şəbəkələri isə, diktatorların dəstəkçilərinə, sadəcə idarə edilənlərin hesabına deyil, eyni zamanda və böyük ehtimal idarəçinin də hesabına özlərini varlandırma gücü verir.

Diktatorlar, sədaqəti firmalar etdiyi yolla yaradırlar: “səmərəlilik maaşı” (efficiency wage), şəxsin fürsət maliyyətindən yüksəyini ödəyərək. Əmək haqqı [maaş] mükafatları açıq-aydın şəkildə diktatorun dəstəkçilərinə əlavə fayda verir, amma sədaqətsizlik səbəbiylə geri çəkilə bilər. Əslində, bir diktatorluqda, səmərəlilik maaşları daha təsirlidir, çünki “fərd, tipik olaraq, dövlətin idarə etdiyi sistem kənarda, bazar sistemi içindəki kapitalist bir firmanın xaricindəki bir fərddən daha az şansa sahipdir” (səh. 141).

Həm nəzəri anlayış, həm də konkret tətbiqlər baxımından, Wintrobe’un kitabı oxu[n]mağa dəyərdir. Amma kitabın irəliyə doğru araşdırmalar üçün bir çox sahə açan və eyni zamanda iqtisadçı olmayanların “iqtisadi imperalizm”in həddini aşdığı ifadəsini səhvən təsdiqləyən iki əsas problemi var.

Əksər siyasi iqtisadçı kimi Wintrobe’un əsas analitik problemi, Mancur Olson’un məşhurlaşdırdığı “kollektiv hərəkətin məntiqi”ni bütünüylə absorbsiya etməmiş olmasıdır: Əksər insanların, faydalanacaqları səbəblərə və ya liderlərə kömək etmək və ya təzyiq edənlərə qarşı mübarizə aparmaq üçün maddi heç bir stimulları yoxdur. Çox az aktivist siyas bir səbəbə xidmət qarşılığında sərvət və güc əldə etməyi həvəslə gözləyə bilər; amma əksəriyyət üçün siyasətdə və rejimdə dəyişiklik, öz həyatını təhlükəyə atan müxaliflər qədər keyimiş müşahidəçilərin də faydalana biləcəyi bir ictimai xeyirdir. Wintrobe’dan bu sadə nümunəni nəzərdən keçirin:

Məsələn, fərz edin ki, bir siyasətçinin öz ərazisində vətəndaşlar üçün bir baraj və bir körpü və ya əraziyə dövlət büdcəsindən xərc çəkilməsinə vəsilə olacaq bir layihəsi var. Müvafiq bir maliyyət-mənfəət analizi layihənin bədxərclik olduğunu meydana çıxaracaq. Nəticə etibarilə, əgər layihə bədxərclikdirsə, vətəndaşların, baraj və ya körpü qarşılığında bu siyasətçiləri dəstəkləməsi üçün heç bir səbəb yoxdur; çünki siyasətçi onlar adına nəsə fədakarlıq etmir, sadəcə, hər hansısa bir texnokratın edə biləcəyi şeyi edir.

Sözün açığı, bununla birlikdə, dəstəkçilərin büdcədən vəsait ayrılmasını təmin edəcək layihə yerli əhali üçün kollektiv yaxşı olması səbəbiylə, əksər fərdlərin hər hansısa bir şey “qarşılığında” dəstək vermələri üçün heç bir (fərdi-mənfəət əsaslı, iqtisadi) səbəbi yoxdur. Əgər dəstəkçilər ilə müxaliflər eyni dərəcədə faydalandıqları təqdirdə, müxalif olmaqdansa dəstəkçi olmaq təşviqi sıfırdır. Ehtimal ki, Wintrobe’un faktlara verdiyi təsvir, empirik (təcrübi) olaraq dəqiqdir: Bölgəsinə israfçı milyonlar axıdılmasını təmin edən siyasətçi, məşhur olması ehtimal daxilindədir. Amma bu faktlar, iqtisadi nəzəriyyənin rutin bir mənasını əhatə etməyən bir tapmaca (puzzle) tərtib edir.

Bu tapmacanın bir həlli var: mükəmməl bir formulyasiya, Geoffey Brennan və Loren E. Lomasky’nin Democracy and Decision: The Pure Theory of Electoral Preference (Cambridge, 1993) əsərində mövcuddur. Brennan və Lomasky’nin açıqladığı kimi, kollektiv hərəkətin məntiqi siyasəti öldürmür, çünki siyasi fəaliyyət və nöqteyi-nəzər üçün əsas motiv instrumental yerinə ekspressiv (ifadəli) zövqlərdir. Etiqadınız uğrunda öz həyatınızı təhlükəyə atmağınız, varlı olmağın adətən ən axmaq yoludur; amma, bu, etiqadınız doğru olduğunu müdafiə etmək üçün bütünüylə ən rasional yoludur. Bunun eyham vurduğu şey odur ki, ifadəli qayğılar, siyasətdə onların şəxsi qərarlar üçün olmasından daha da önəmlidir. İqtisadçı olmayanlar arasındaki siyasətin müəyyən mənada “irrasional” olduğuna dair geniş yayılmış mülahizə, nəinki sadəcə iqtisadi nəzəriyyə ilə uyğundur, həmçinin bunun aydınladılmış eyhamlarından biridir.

Brennan və Lomasky demokratik qərar vermə üzərinə fokuslanmışdı, amma analizləri hardasa dəqiqliklə diktatorlar üçün də təsirli eyhamlar ehtiva edir. Wintrobe’un, instrumental qayğıların diktatorların propaqandalarında, ideologiyasında, milliyətçiliyində, günah keçilərinin məhv edilməsində bəzi rolları olduğu məsələsində haqlı olmasına rəğmən, Brennan və Lomasky’nin analizin həm daha güclüdür həm də sağlam düşüncəyə (common sense) daha uyğundur. Wintrobe’un milliyətçilik və soyqrımı müzakirəsində, hətta o özü belə, rasional iqtisadi mənfəət termini çərçivəsində bir açıqlama verməkdən çəkinir: “Xaricdən olan bir müşahidəçiyə görə, şüurlu nifrətin obyekti olan etnik qrup açıq-aşkar şəkildə əsl düşmən deyil. Əslində, bu, şüurlu düşmənə qarşı olan nifrət və dağıtma hərəkətlərinin təbii olaraq qaneedici olmamasının və məyusluqla nəticələnməsinin, beləliklə daha çox nifrətə və şiddətə səbəb olmasının bir səbəbidir.” (s. 296) Wintrobe’un kitabı, irrasional etnik nifrətin təcrid edilmiş anormallıq deyil, siyasətdəki ekspressiv üstünlüklərin qeyri-mütənasib rolunun bir əlaməti olduğunu görsəydi, daha yaxşı olardı.

Wintrobe’nin əsərindəki başlıca digər problem, tarixi faktın vaxtaşırı özünə xas təfsiridir. Pinochet’nin qurbanların sayının müasir hesablamalar belə 2 ilə 3 min arasında olmasına baxmayaraq, Pinochet’nin idarəsi altındaki Çili’yə “olduqca repressiv” bir rejimin “aşkar bir nümunəsi” (s. 12) deyə istinad edir. O, “hardasa iki onillik reform və görkəmli böyümənin ardından, Çin’dəki gəlir artımımının repressiyada ən cüzi rahatlama ilə nəticələnmədiyini” irəli sürür. Bu mühakimə, sadəcə, Mao’nun ardıcıllarının kəskin şəkildə azaldığı Kultura İnqilabı’nın yaxşı bilinən dəhşətini deyil, həmçinin Mao’nun daha erkən, daha az ictimailəşmiş, amma daha pis zülmlərini, xüsusilə İrəliyə Böyük Sıçrayış ilə əlaqəli olanları nəzərdən qaçırır (bax: Zhengyuan Fu, Autocratic Tradition and Chinese Politics [Cambridge: Cambridge University Press, 1993], and Jasper Becker, Hungry Ghosts [New York: Free Press, 1996]). Wintrobe, həm də Soviet Birliyi tarixinin, iqtisadi şərtlər pisləşəndə totalitar rejimlərin təzyiqi zəiflətdiklərinə aid olan modelini təsdiqlədiyini iddia edir, hansı ki bu, ən yaxşı halda iqtisadi rifahın səviyyəsi ilə böyümə dərəcəsini dəyişik salmaqdır.

Hər hansı bir probleminə baxmayaraq, Political Economy of Dictatorship yaxşı yazılmış, cazibədar və valehedici nümunələr və düşüncəli müşahidələr ilə doludur. Wintrobe, əhatəli və sanballı problemlərə sadə ingiliscə ilə yazılmış ciddi iqtisadiyyat tətbiq edən, aralarından Timur Kuran, Tyler Cowen, Donald Wittman, Geoffrey Brennan, and Loren Lomasky kimi şəxslərin olduğu sayları getdikcə artan müasir mütəfəkkirlər birliyinə aiddir. Wintrobe’un kitabı, bir çox sualı cavabı buraxmış olsa da, həm akademiklərin həm də sıravi oxuyucuların zövq alacağı mühim bir töhfədir.

MƏNBƏ: “The Political Economy of Dictatorship”, The Independent Review, vol. 3, n. 3. (Winter 1999)