Qanqsta Rep İfadə Azadlığıdır

Bilal Ashrafov
3 min readDec 27, 2019

--

Straight Outta Compton’dan illər sonra repçilər hələ də ifadə azadlığı üçün mübarizə aparırlar.

Straight Outta Compton filmindən bir səhnə

İzlənmə rekordu qıran yay filmi Straight Outta Compton adını bu işin təməlini qoymuş N.W.A. məhsulu olan 1988 albomundan alır—hansı ki, partlayış yaradan ilk qanqsta rep albomudur.

Orijinal Straight Outta Compton, Los Anceles’də yerləşən Cənubi Mərkəzdəki həyatla bağlı qrafik açıqlamalar təqdim edirdi. Bir mahnı, “Sikim Polisi”, “polisi tanınmaz hala sal” və “polis günümü şənləndirəcək” kimi sözlər ehtiva edir. Tənqidçilər, şiddət məzmunlu mahnı sözlərinin həqiqi həyatda təcavüzkarlığa şövq edəcəyindən narahatdırlar, amma N.W.A. isə əslində tam tərsi olduğunu iddia edir. Bir üzvün –Ice Cube– filmə dair bir mətbuat konfrasında bildirdiyi kimi: “İncəsənətimiz gerçəkliyimizin bir əksetdiricisidir.” Məsələ, N.W.A. qrupunun icmasındaki profilləşdirmə və qəddarlığı vurğulamaq və tənqid etməkdir: “Bir azlığı öldürmə səlahiyyətinə malikdirlər / Zibilə qalsın bu, çünki mən elə biri deyiləm / Silahlı və rozetli fərsiz bir qəhbə balası /Döyülmək və həbs olunmaq / Biz qəfəsdə təkətək dalaşa bilərik.”

Federallar bu cür dəyərləndirmədi. 1989-cu ildə FBI, “Fuck Tha Police” mahnının sözlərinin “hüquq-mühafizə orqanlarına qarşı şiddət və hörmətsizlik” təşvik etdiyini səbəb göstərərək qrupun səs-yazma studiyasına xəbərdarlıq məktubu göndərdi. Ancaq repçiləri susdurmaq cəhdi əks-təsirə səbəb oldu. Qrupun, məktubu xalqa-açıq şəkildə paylaşması ilə Birinci Düzəliş (First Amendment)* aktivistləri qrupun müdafiəsinin üstünə düşdü və N.W.A. hər zamankindən daha məşhur hala gəldi. Nəticədə Straight Outta Compton, Rolling Stone jurnalının “Bütün Zamanlar Ən Yaxşı 500 Albomu” siyahısına seçiləcək və qrupun iki üzvü –Dr. Dre və Ice Cube– superstar olmağa davam edəcəkdi.

N.W.A. qrupunun müvəffəqiyyətinə baxmayaraq, hələ də hüquq-mühafizə orqanları hip-hopu küncə sıxışdırır. Bir müddət əvvəl San Diego’dan –Tiny Doo səhnə adıyla bilinən– repçi Brandon Duncan bandalı bir sıra atışma cəhd etdiyinə dair konspirologiya səbəbilə 8 ayını həbsdə keçirdi. Tətiyi çəkməkdə, hətta cinayətləri planlamağa kömək etməkdə ittiham olunmadı. Əksinə, prokurorlar, onun öz albomu No Safety vasitəsilə qəsdən onları təşviq etməkdə və onlardan faydanlanmaqda ittiham etdilər.

Bəlkə də ən pisi, prokurorların, repçilərin öz həyatlarını daha yaxşı hala gətirmək üçün əllərində ən yaxşı vasitə olaraq gördükləri şeyi hədəf almasıdır. “Rep mənim çıxış yolumdur” deyir Duncan, “Replə bağlı əsas məsələ, normalda köməyə sahib olmayan, gettoda ilişib qalmış, “qapının arasında sıxışıb qalmış” insanlara kömək edə biləcəyiniz bir platforma yaratmaqdır.”

Straight Outta Compton filmində, “Fuck Tha Police”in yazılmasından əvvəlki səhnədə, iki polis məmurunun səsyazma studiyasının çölündə N.W.A. üzvlərini üzüaşağı yerə uzanmağa məcbur etdiyi göstərilir. Qrupun idarəçisi, gənçlərin kriminal deyil sənətkar olduğunu bildirərək qarşı çıxır, hansı ki polis məmurlarından biri “Rep incəsənət deyil” deyə sərt bir şəkildə cavab qaytarır. Melodramatik görünməsinə baxmayaraq, bu bəzi polis məmurların gerçək fikirlərini yansıdır.

Straight Outta Compton filmi qanqsta repin qorxuducu görünə biləcəyinə dair yaxşı bir xatırlatmadır, ancaq bu, Birinci Düzəliş tərəfindən –hər zaman olduğu kimi– qorunur.

Mənbə: Reason.com

Birləşmiş Ştatlar Konstitusiyası tərəfindən yaradılmış yeni mərkəzi hökumətin həddən artıq gücə sahib olması ehtimalı bir çox vətəndaşı narahat etdiyi üçün söz, mətbuat, din və digər əsas hüquq və azadlıqların qorunması məqsədilə konstitusiyaya düzəlişlər təklif olundu. Belə düzəlişlərdən onu qəbul olundu və bu gün bunlar Hüquqlar haqqında Bill (Bill of Rights) adı ilə məşhurdur.

Birinci Düzəliş (First Amendment):

“Konqres hər hansı bir din müəssisəsinə hörmətlə yanaşan və yaxud dini ibadət sərbəstliyini yasaqlamağa yönəlmiş, həmçinin söz və mətbuat azadlığını, xalqın dinc toplaşmaq və şikayətlərinin aradan qaldırılması üçün hökumətə sorğu etmək hüququnu məhdudlaşdıran heç bir qanun verməyəcək.”

--

--

Bilal Ashrafov

writing and/or translating articles on topics I like. wrote for Liberbird, Gaia, Azlogos, etc.