Celil İbrahimli
Sep 9, 2018 · 1 min read

Salam. Bu mənim Medium’dakı ilk yazımdır, nəyin barəsində yazacağım və ya bu yazma məsələsinin bir rituala çevirilib/çevrilməyəcəyinə haqqında (çevrilə biləcəyinə) yəqin edən bir fikrim yoxdur. Bəlkə də ümumiyyətlə halhazırda yazacağım bu yazı Medium Staff’ı tərəfindən qəbul edilməyəcək və yayımlanmayacaq (əgər belə bir komitə və onların bunu etmə qabiliyyətləri varsa.) Lap bu prosesə pozitiv yanaşıb yayımlandığını düşünsək belə Medium’un Azərbaycanda məhşurluğu eləcə də Azərbaycanlı oxuyucularln miqdarının təqribi qiymətini bilmirəm deyə azsaylı(vəya sadəcə sıfır) oxuyucunun olması bir çoxu üçün uğursuzluq kimi dəyərləndirilə bilər. Təbii olaraq buna müəyyən dərəcədə anlamaq olar, lakin yazıçı bu platformanı fikirlərini paylaşacağı eləcə də cəmiyyətdə/dünyada baş verən sosio-siyasi hadisələrə öz nöqteyi nəzəri ilə yanaşıb təklif/iradlarını bildirəcəyi bir yer olaraq görür.

Bu ilk yazım olmasına baxmayaraq, uzun müddətdirki medium’un aktiv oxuyucusuyam. Bu uzun müddətdə diqqətimi çəkən(eyni zamanda təəssüf hissi keçirtməmə səbəb olan) elə də yad olmayan bir məqam ilə qarşılaşdım. Bəli! Bir çox sosial platformalarla(əsasəndə insan üçün. faydalı olanlarda) Azərbaycan dilinin az( gəlin real danışaq: heç) istifadə olunmasıdır. Bunu nəzərə alaraq ilk yazılarımı məhs öz ana dilimdə yazmağı üstün tutdum. Əgər müsbət geridönüşlər almağa başlarsan, bunun belə davam etməsinə çalışacam.

Nəyisə gəlin bu yazını ,heç bir məqama toxunmadan, məhs burada bitirək. Növbəti yazılarda görüşmək ümidilə.

Sağlıqla qalın…

Hörmətlərlə Cəlil İbrahimli.