Biznes Jurnalistika layihəsinin yekunu necə oldu?

Dan Meyson: “Qrup işıqlı gələcəyə indi daha da inamla hazırdırlar və növbəti mərhələdə layiq olduqları London səfərində iştirak edəcəklər.”

Biznes Jurnalistikası layihəsinin Azərbaycanda keçirilən təlimləri uğurla tamamlandı. Layihə çərçivəsində 11 jurnalist peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlərdə iştirak etdilər. Jurnalistlər Thomson Fondunun təlimçisi tərəfindən keçirilən hər biri beş gün olmaqla ümumilikdə üç təlimdə iştirak etdilər. Proqram Thomson Fondu tərəfindən Birləşmiş Krallıqda həyata keçirilən təhsil səfəri ilə tamamlanacaq.

Biznes Jurnalistikası layihəsi British Council və PAŞA Bank ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir. Bu il layihə çərçivəsində Space TV, Trend, APA Holding, Azertag, ARB, SIA News Agency də daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 jurnalist layihədə iştirak edib.

Bakıda keçirilən, ümumilikdə üç həftə davam edən təlimlərdə jurnalistlər mobil, video, audio, data jurnalistikası, fotoqraflıq, xəritələr, onlayn və sosial media da daxil olmaqla müxtəlif multimedia bacarıqları əldə etdilər. Təlimlərin sonuncu həftəsində jurnalistlər əldə etdikləri bacarıqlara əsasən: — — iqtisadi krizis;

— əyləncə turizminin inkişafı;

— Azərbaycanlılıar üçün global səyahət;

— Azərabaycan film sənayesi;

— Bakıda yaşayan xanımların kiçik biznes qrupunun incəsənət fəaliyyətləri;

— Bakıda çoxsaylı taksi şirkətlərinin fəaliyyəti;

— qadın fermerlərin üzləşdiyi çətinliklər;

— gözdən əlil şəxslər üçün hi-techBraile planşetinin hazırlanması barədə;

müxtəlif maraqlı multimedia hekayələri hazırlayaraq təqdim etdilər.

Bu jurnalistlər eləcə də layihənin sonu olaraq 2017-ci ilin mart ayında Birləşmiş Krallığa səfər edərək BBC və Telegraph kimi tanınmış media agentliklərinə baş çəkəcək və görkəmli jurnalistlər ilə görüşmək imkanını əldə edəcəklər.

Biznes Jurnalistikası layihəsi British Council və PAŞA Bank ilə birgə həyata keçirilir. Altı il ərzində Azərbaycanın 70 dən çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib.