React app-ı Firebase-ə necə yükləmək (deploy) olar?

Emin Qasimov
3 min readJun 18, 2019

Firebase statik saytlarla yanaşı , dinamik saytları backend-siz və ya serverless şəkildə deploy etməyə imkan verən Google-un pulsuz(qismən) servisidir. Firebase sizə 1GB hosting, 5GB storage və s. imkanlar verir. ətraflı buradan baxın Pricing. Daha çox kiçik Mobile və veb app-lərin backend-i üçün istifadə edilir.

Həmçinin siz öz domeninizi pulsuz Https üzərindən qoşa bilərsiniz.

Burda necə qoşmaq lazımdır göstərir.

İndi isə React.js ilə yazılmış app-ləri Firebase-ə 8 addımda deploy etməyi izah edəcəm.

1.

bunun üçün əvvəlcə siz create-react-appfirebase-tools -larını global olaraq node.js ilə komputerinizə qurmalısınız.

npm install -g create-react-appnpm install -g firebase-tools

2.

create-react-app ilə yaradacağınız proyekti başladırsınız. firebase-deploy proyektin adıdır siz necə istəsəniz ad qoya bilərsiniz.

npx create-react-app firebase-deploy

3.

qurulum başa çatdıqdan sonra proyekti qurduğunuz direktoriyaya daxil olub cd firebase-deploy proyektinizi yazmağa başlayırsınız. creatre-react-app facebookun mühəndisi Dan Abramov tərəfindən yaradılıb. ətraflı bu linkdən öyrənə bilərsiniz. sonra yarn build ilə proyektin prodakşn üçün optimal formasını yaradırsınız.

4.

İndi isə lokal komputerinizi firebase-tools vasitəsilə Firebase hesabınıza qoşmaq lazımdır. firebase login yazdıqdan sonra siz brauzerdə Google login səhifəsinə yönləndiriləcəksiniz.(əvvəlcə firebase hesabı yaratmağı unutmayın, qeydiyyat zamanı kredit kart təsdiqləməsi istəyə bilər. amma mən kartsız keçdim. kartsız da olar yəni)

5.

Sonra firebase init ilə firebase -i başlatmış olursunuz. bu əmr ilə sizin proyektinizin tərkibində firebase lazımlı faylları yerləşdirəcək.

  1. Space ilə bunu seçib enter basın. Hosting: Configure and deploy Firebase Hosting sites
  2. sonra bunu seçin [create a new project]
  3. Suallara aşağıdakı kimi cavab yazın:

What do you want to use as your public directory? (public) build

Configure as a single-page app (rewrite all urls to /index.html)? Yes

File build/index.html already exists. Overwrite? No

6.

İndi, Sizə Firebase-in saytında yeni project yaratmaq lazımdır. Bura gedin (https://console.firebase.google.com/), Add project düyməsinə basın və proyektə ad verin. sonda Create Project -i basın

7.

Saytda yaratdıqdan sonra isə, aşağıdakı əmr ilə proyekt üçün alias(ad) yaradırıq.(firebase-react-deploy).

firebase use --add

8.

və axırıncı əmr ilə siz proyektinizin build hissəsini firebase-ə yükləmiş oldunuz.

firebase deploy

Təbriklər

video olaraq izləyə bilərsiniz.

--

--