Azərbaycana nə üçün turist az gəlir?!

Elkhan Rashidov
Apr 20, 2018 · 2 min read

Qonşu Gürcüstanla illər üzrə müqayisədə, Azərbaycana nə üçün az turist gəldiyini təhlil edən zaman, belə bir nəticəyə gəlirsənki, bunun təməlində inzibati əngəllər, yəni xaricilər üçün bezdirici və əlavə xərc tələb edən viza prosedurları durur.

Məsələn, Almaniyada yaşayan köhnə bir dostumuzla görüşüb, dərdləşmək istədikdə, o heç düşünmədən Gürcüstanı seçir. Səbəbi soruşduqda isə, o, viza alınmasına əlavə vaxt və xərc itirmək istəmədiyini açıqcasına dilə gətirirdi. Çox net formada izah edirdiki, mən passportumu götürərək, vaxt itirmədən istədiyim reyslə və ucuz qiymətə Gürcüstana və geriyə uça bilərəm.

Vizaya rüsuma ödəyəcəyim pulu isə, Gürcüstanda tətilimə xərcləyərəm.

Mənbə:

Dövlət Statistika Komitəsi- https://www.stat.gov.az/source/tourism/

Gürcüstan Milli Turizm Administrasiyası(Georgian National Tourism Administration) http://gnta.ge/wp-content/uploads/2016/08/2016-1-kv-eng.pdf

2016-cı il 1 iyun tarixli fərmanla “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsinə, “ASAN Viza” sisteminin yaradılmasına və 94 ölkənin vətəndaşlarına elektron vizaların verilməsinə baxmayaraq, viza rüsumlarına görə, yenə də bu sistem xarici turistlər üçün cəlbedici görünmür. Səbəb isə, xarici turist e-Viza üçün müraciət edərsə 20 ABŞ dolları+3 ABŞ dolları(xidmət haqqı) məbləğində ödəniş etməlidir. (Mənbə: Asanviza-https://www.evisa.gov.az/az/information)

Azərbaycandan fərqli olaraq Gürcüstan 98 dövlətin vətəndaşına 90 gün müddətində vizasız və heç bir rüsum ödəmədən ölkə ərazisində qalmasına icazə verir. (Mənbə: Gürcüstan Xarici İşlər Nazirliyi-https://www.geoconsul.gov.ge/HtmlPage/Html/View?id=956&lang=Eng)

Gürcüstanla müqayisədə isə Azərbaycana vizasız səfər etmək imkanı olan ölkələrin sayı isə cəmi 9-dur. Bunlar da əsasən MDB ölkələridir:

Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi- http://www.mfa.gov.az/content/189

2010–2016-ci illər arasında Azərbaycana gələn xarici turistlər ölkələr üzrə siyahıda ilk beşlikdə olan ölkələr : Rusiya, Gürcüstan, İran, Türkiyə və Böyük Britaniyadır.

Mənbə: Dövlət Statistika Komitəsi- https://www.stat.gov.az/source/tourism/

Liderliyi Rusiya və Gürcüstan etməsinin səbəbi isə orda vətəndaşlıq alaraq yaşayan həmvətənlərimizin qohumlarını ziyarətə gəlməsidir. İllər üzrə nəzər saldıqda, son üç ilə qədər azalma hiss olunurdu. Bunun səbəblərindən ən vacibi isə öz avtomobilləri ilə Azərbaycana gələn zaman avtomobillərə görə sərhəd buraxılış məntəqələrində qoyulan girovlar idi. Hal-hazırda girov məsələsi aradan qaldırılsa da, əvəzində isə süni sürətdə yaradılan müxtəlif inzibati əngəllər: heç bir səbəb göstərmədən saatlarla, bezdirici uzun növbələrdə dayanma, kobud rəftar, mənasız yoxlamalar və rüşvət tələb etmə halları hələ də qalmaqdadır.