Yokito Tayfası

Hər il olduğu kimi bu il də aprelin 24-ü olan kimi qırğın dava başladı. Məsələni onsuz da bilirsiniz və burda təkrar-təkrar hər şeyi yazmağın mənası yoxdur. Mən sadəcə sizə Yokito tayfasından danışmaq istəyirəm. Əvvəldən deyim ki, əgər sizin beyniniz qəbul etdiyiniz hər hansı bir fikrin “backup”ını alıbsa və hər dəfə sizə nəsə deyəndə dəlil nə olursa olsun “backup”dan istifadə edərək yenə köhnə fikirlərinizə dönəcəksinizsə, heç Yokito tayfası haqda oxumağa dəyməz. Tumblr-da maraqlı çox şey var. Nəysə, keçək əsas söhbətə görək Yokito tayfası kimdir, nəçidir və s.

Deməli, Şah Abbas vaxtında Təbrizin kəndlərinin birində Yokito adlı bir tayfa yaşayırdı. Bir gün bunlardan birinin Şah Abbasın əmisi uşaqları ilə söhbəti düşür. Şah Abbasın əmisi uşaqları və Yokitolular arasında olan söhbət bəzilərinə görə sadəcə sürgün, bəzilərinə görə bir soyqırım, bəzilərinə görə isə heç belə bir söhbət olmayıbmış kimi qələmə verilir. Aylar keçir, illər keçir küsülü sevgililər təzədən barışır, amma Yokito tayfası Şah Abbasın əmisi uşaqlarını yaddan çıxara bilmir. İddia isə budur ki, burada bir soyqırım olub. Yokitolular BMT-dən tut, day nə bilim Avropa-nın hər nə zibil parlamentinə qədər bu məsələni böyüdür. Nəticə olaraq bu, siyasi bir hal alır. Belə deyək də, bizi sevən Yoşomito tayfası da deyir ki, Yokitolular qələt eliyir. Yəni əslinə qalsa Yokitulular da bizə soyqırım edib. Hə, elə işin zibili də burda çıxır. Yəni bu o dəməkdir ki, əgər Yokito tayfası Yoşomito tayfasına soyqırım edibsə onda belə nəticəyə gəlmək olar ki, soyqırımı elə ancaq Yokitolular edə bilər. Yazıq Şah Abbasın əmisi uşaqları günahsız imiş.

İndi gəlin yuxarıdakı nağıldan özümüzə bir neçə sual verək. Birinci sual odur ki, əgər Şah Abbasın əmisi uşaqları bu soyqırımı edibsə biz yazığın günahı nədir? Yəni mən buna görə niyə məsuliyyət daşımalıyam.

İkinci sual- Yokito tayfası Yoşomito tayfasına soyqırım edibsə, bu o deməkdir ki, Şah Abbasın əmisi uşaqları Yokito tayfasına soyqırım edə bilməz?

Üçüncü sual- Yokito tayfasının soyqırım haqda dəlili var? Əgər dəlil varsa bu o deməkdir ki, Yokito tayfası Yoşomito tayfasına soyqırım etməyib?

Dördüncü sual- Əgər Yoşomito tayfası bizi çox sevirsə, onda gərək haqlı ya da haqsız bizim tərəfimizdə olsun?

Məncə bu qədər sual bəsdir. Bu suallara əgər cavab tapsaq inanın mənə, nə Yokito, nə də başqası qarşımızda nəsə deyə bilər. Problem odur ki, biz ancaq Yokito tayfasını söyürük. Elə ay söyürük aaa. Bir də məndən sizə məsləhət, çalışın dəlillə danışın. Dəlilsiz danışmaq bizi savadlı insanlar qarşısında gülünc vəziyyətə salmaqdan başqa bir işə yaramır.

Nəysə, bu yazı uzun oldu bir az ona görə də, yəqin “keep reading” əlavə edəcəyəm. Mən burda suallara cavab yazan deyiləm. Bu işlə maraqlanan hər bir şəxs özü suallara cavab tapsa, daha məntiqə uyğun olar. Mən özüm gərək birinci Şah Abbasın əmisi uşaqlarını araşdırım, sonra keçərəm məni özündən çox sevən Yoşomito tayfasına. Hə bir də, onu da nəzərə almalıyıq ki, sən və mən yatanda Yokitolular çalışır. Nəysə, özünüzdən muğayat olun!

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.