Marketinq sahəsi üzrə biliyinizi artıracaq 5 kitab

Marketinq üzrə biliklərinizi artırıb və bu sahəyə olan fikirlərinizi dəyişəcək olan 5 kitabı sizə təqdim edirik.
1) A-dan Z-yə marketinq.
Kitabda şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli və effektli olan 80 marketinq konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitabda keçmiş üsullarla yanaşı müasir üsullardan da bəhs edilir.

2) William Poundstone: Qiymətləndirmə sirrləri.
İnsanlar musiqini pulsuz yükləyərkən, Steve Jobs insanları musiqi üçün pul ödəməyə necə razı saldı? Elektron məktub pulsuz olarkən niyə SMS pulludur? Bu kimi sualların cavabları William Poundstone kitabında izahlı şəkildə qeyd etmişdir.

3) Seth Godin: Bütün Marketoloqlar yalançıdır.
Bu kitab insanların düşüncə və davranışlarını dəyişdirib, marketinq sahəsinə fərqli gözlə baxmağa sövq edəcək bir kitabdır. İstər marketinqlə maraqlanın, istər istehlakçı olun fərq etməz. Marketinqə fərqli və məzəli yaxınlaşan bu kitabın hər səhifəsində özünüzü tapacaqsınız.

4) Seth Godin: Bənövşəyi inək- Fərqlənərək biznesinizi dəyişdirin.
Seth Godin uğurun açarının gözə çarpmaq üçün fərqli bir yol tapmaq olduğunu deyir: Eyni rəngli inəklərin arasında bənövşəyi bir inək olmaq.

5) Robert Cialdini: İnandırmağın psixologiyası.
Robert B. Cialdini’nin laboratoriya və həyat təcrübələrindən yola çıxaraq yazdığı kitab 250 min oxucuya çatıb. Cialdini işdə, ticarətdə, marketinqdə, gündəlik həyatda və sevgidə inandırıcı bacarıqlara sahib olmaq yollarını aydın şəkildə izah edir.

Təəssüflər olsun ki, 2, 3, 4 və 5-ci kitabların Azərbaycan dilində çap edilmiş versiyaları yoxdur. Bu kitabları Türkiyədən onlayn sifarişlə əldə edə bilərsiniz.
Qeyd: Kitabların Türkiyə türkcəsində adları belədir:
2) Fiyatlandırma sırrları
3) Bütün pazarlamacılar yalancıdır
4) Mor İnek Farklılaşarak-İşinizi Dönüştürün
5) İknanın psikolojisi

Mənbə:https://www.follotips.com/marketinq/11-marketinq-sahsi-zr-biliyinizi-artracaq-5-kitab.html

)
Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade