Mobil proqram yaratmağın mərhələləri
Mobil proqramların hazırlanmasıyla bağlı danışmadan öncə nəzərinizə çatdırım ki, artıq VEB dövrü bitmək üzrədir və 2015-ci ildə də google-da mobil telefonla axtarış etmələr veb-dən edilən axtarışları sayca keçdi.
Davam edən bu tendensiya göstərirki gələcəkdə hər şey mobil olacaq. Hal-hazırda dünyada təxminən 2.8 milyard ağıllı telefon istifadəçisi var və 2018-ci il üçün bu rəqəmin 6.1 milyard olacağını proqnozlaşdırırlar.
Mobil proqram (applikasiya) yaratmadan öncə qərar verilməlidirki proqramı hansı telefonlar üçün yaradırsınız. Azərbaycanda təxminən 60% Play Store , 30% App Store digərləri isə Windows və Blackberry-nin payına düşür.
Iphone & Ipad ( App Store ) üçün proqram yaratmağın yolları
- İlk öncə siz https://developer.apple.com/programs/ios/ saytında qeydiyyatdan keçməlisiniz. 99$ -dir ödənişi.
- Native proqram hazırlamaq üçün Objective-C və ya Swift proqramlaşdırma dilini bilməlisiniz.
- Macintosh əməliyyat sisteminiz olmalıdır və Xcode proqramını yükləmiş olmalısınız.
- Proqram hazır olduqdan sonra App Store-a göndərirsiz təxminən 1 həftə müddətində yoxlayıb cavab verirlər.
Play Store üçün proqram yaratmağın yolları
- İlk öncə siz https://play.google.com/apps/publish/signup/ saytında qeydiyyatdan keçməlisiniz. 25$ -dir ödənişi.
- Kompyuterinizə Android Studio proqramını yükləməlisiniz.
- Java proqramlaşdırma dilini bilməlisiniz. Əsasən Java ilə hazırlanır Android proqramlar.
- Proqramı yaratdıqdan sonra Play Store-a göndərirsiz və Apple-dan fərqli olaraq 2 saat içində yoxlayıb cavab verirlər. Problem yoxdursa 2 saat sonra proqramınızı Play Store-da görə bilərsiniz.
Bayaq yazıda Native proqram hazırlamaq barədə qeyd etmişdim. Soruşa bilərsiniz ki, native olan nədir , native olmayan nədir. Native — məsələn Apple üçün proqram hazırlayırsınız və onun öz proqramlaşdırma dillərindən( Objective C və Swift ) istifadə edib hazırlayırsız. Native olmayan isə məsələn Adobe Phonegap ilə hazırlayırsınız proqramı HTML,CSS və JS bilikləri ilə.
Mənbə: http://jafarnajafov.com/mobil-proqram-yaratmagin-m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri/