Avropa Birliyi ölkələrinin Elm mərkəzləri inqilabı qərar aldı

Jamal Aghayev
Sep 8, 2018 · 2 min read

Avropa Birliyi ölkələri bu gün elm dünyası üçün radikal adlandırıla biləcək, tarixi bir qərar alıblar.

Deməli indiyə qədər elmi araşdırma və məqalələr abonəlik olan “Science” və “Nature” kimi jurnallarda çıxırdı. İctimaiyyətə isə tam detalları ilə aylar sonra açıqlanırdı. Lakin, artıq A.B. ölkələrinin elmi araşdırma mərkəzləri Avqustun 30-u Belçikanın paytaxtı Brüsseldə ortaq bir qərarla çıxış edərək, xalqdan gələn vergilər ilə aparılan elmi araşdırmalar elə birbaşa hər kəs üçün açıq olaraq bəyan ediləcək.

Beləliklə “cOAlition S.” adlı ortaq bir təşkilat quruldu, nizamnaməsi və müqavilələr 2020-ə qədər keçərlidir. Qeyd edim ki, bu Uniona üzv olan əsas Elm mərkəzləri(Bizdəki Elmlər akademiyası kimi) ümumilikdə hər il təxminən 8 Mlrd Avro məbləğində vəsaiti elmi araşdırmala xərcləyirlər.

Screendə “cOAlition S.” təşkilatını təsis edən Elm mərkəzlərinin siyahısı var.

Sözügedən qanun layihəsi 20 ildir ki, ABŞ-da müzakirə olunur ancaq ortada hələ konkret bir nəticə olmadı. Lakin, Avropalılar sərt yanaşır, çünkü Elm mərkəzləri alimlərinə belə bir şərt irəli sürdü ki, “Araşdırmalarımızın hamısı xalqlarımız tərəfindən verilən vergi və yardım fondları ilə ərsəyə gəlir. Ya xalqın pulu ilə əldə etdiyiniz yenidən xalqa təqdim etməlisiniz ya da fondlar da maliyyə də dayana bilər.”

Bəs belə bir halın əksi baş versəydi nə ola bilərdi?

Əslində çox da fərq etməyəcəkdi. Sözügedən ölkələrdə elmə və texnoloji projelərə rahatlıqla maliyyə və ya yatırım tapmaq olur. Bu zaman sadəcə olaraq Elm Mərkəzləri dağıla bilərdi ki, alimlər sərbəst olaraq elmi araşdırmalar aparardı, bu da müsbət nəticələr veməzdi. Çünkü mərkəzlərdə eyni laboratoriyadan onlarla alim eyni zamanda fərqli elmi layihələr üzərində işləyir və ya araşdırma aparır.

Qeyd edim ki, qərara dövlətlər qarışa bilməz, yalnız Avropa Birliyinin rəsmilərinin rəyi alına bilər. Avropa Elmi araşdırma və təhqiqat mərkəzləri nə qədər maliyyə olaraq dövlətdən asılı olsalar da, öz başlarına qərarlar verə biləcək qədər ərköyündürlər.

Screendə “cOAlition S.” təşkilatını təsis edən Elm mərkəzlərinin siyahısı var.

Jamal Aghayev

Written by

CEO of Youth Inc. & Co-director of Startup Grind Baku. Founder of TECHING | Founder & Managing Advisor at KubiRub | | Futurist | Enterpreneur | Innovator |

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade