“Microsoft” 4 günlük iş həftəsinin 40% daha uğurlu olduğunu sınaqdan keçirərək, təsdiqlədi.

Jamal Aghayev
Nov 5 · 2 min read

Keçən həftə texnologiya nəhəngi Microsoft-un Yaponiyadakı bir filialında tətbiq etdiyi iş həftəsinin bir gün azaldılmasını əhatə edən bir təcrübə, məhsuldarlığın 40% artmasına səbəb oldu.

Sınaq, Microsoft-un “Work-Life Choice Challenge”, iş həyatının balansını araşdıran və işçilərə daha çevik iş saatları verməklə yaradıcılıq və məhsuldarlığı artırmağa kömək edən yay layihəsinin bir hissəsi idi.

Şirkətdən verilən məlumata görə, Microsoft Yaponiya avqust ayında hər cümə ofislərini bağladı və əmək məhsuldarlığının 2018-ci ilin avqust ayına nisbətən 39,9% artdığını bildirdi. Sınaq müddətində isə işin olmadığı günlər işçilərə şirkət tərəfindən bütöv günün məzuniyyət ödənişi edildi.

Şirkət, 30 dəqiqəlik bir məhdudiyyət tətbiq edərək onlayn ünsiyyəti təşviq etməklə görüşlərdə sərf olunan vaxtı da azaltdığını söylədi.

Microsoft dörd günlük iş həftəsinin səmərəliliyini və faydalarını təsdiq edən ilk qurum(şəxs) deyil. CNBC-nin məlumatına görə, Yeni Zelandiyadakı daşınmaz əmlak planlaşdırma firmasının qurucusu, Perpetual Garden-in qurucusu Andrew Barnes oxşar bir təcrübəni sınaqdan keçirdiyini, işçilərə və şirkətə fayda verdiyini söyləyib, beləliklə onlar da dörd günlük iş həftəsini daimi olaraq qəbul ediblər.

Bununla da aparılan tədqiqatlar F.İ.Ə.-ni(Faydalı İş Əmsalı) qaldırmaq üçün daha qısa bir iş həftəsinə tələbatın olduğunu müəyyən etdi. Keçən il, səkkiz ölkədə 3000-ə yaxın işçi, “Kronos” və “Gələcək İş Yerində İşçi Qüvvələri İnstitutu”(Future Workplace) tərəfindən edilən bir araşdırmada ən ideal iş həftəsinin dörd gün və ya daha az olacağını söylədi.

Onu da qeyd etmək lazımdır ki, Microsoft-un dörd günlük iş həftəsindəki sınaqlarından bəhrələnən sadəcə işçilər deyil, Microsoft ofisindəki elektrik və ofis ehtiyatlarını da qorumağa kömək etdiyini ortalığa çıxardı. Şirkət çap üçün sərf edilən səhifələrinin sayının 58,7%, elektrik istehlakının isə 2018-ci ilin avqust ayına nisbətən 23,1% azaldığını bildirdi.

Bəs siz öz şirkətinizdə hansı çalışma modelini tətbiq edirsiniz? Maraqlı sınaqlarınız və nəticələri varsa bu barədə mənimlə bölüşməyinizi xahiş edirəm.

Əlaqə: djamalaghayev@gmail.com & jamal.aghayev@youthinc.az

Camal Ağayev — Youth Inc. Təşəbbüskarlığın İnkişafı və Biznes İnkubasiya Mərkəzinin icraçı direktoru.

Jamal Aghayev

CEO of Youth Inc. & Co-director of Startup Grind Baku. Founder of TECHING | Founder & Managing Advisor at KubiRub | | Futurist | Enterpreneur | Innovator |

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade