Azadlıq Radiosu ilə bağlı VƏTƏNDAŞ CƏMİYYƏTİNİN BƏYANATI (English version below)

Journalist Resistance
6 min readAug 13, 2023

Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə bağlı İddiaların Şəffaf Araşdırılmasına Çağırış (Azadlıq Radiosu)

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN BƏYANATI

Biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə bağlı iddialara diqqət çəkmək istəyirik.

Biz Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə əməkdaşlıq etmiş bir sıra peşəkar və müstəqil jurnalistlərin ictimailəşdirdiyi iddialara böyük əhəmiyyət veririk. Azadlıq Radiosu rəhbərliyinin əməkdaşlarına qarşı təzyiqləri və pis rəftarı, onun müstəqil və qərəzsiz media prinsiplərinə sadiqliyini pozması ilə bağlı iddialar dərin narahatlıq doğurur.
Üstəlik, şəffaf araşdırmanın aparılmaması və Radioda kök salmış mənfi təcrübələrə işarə edən əsaslı iddiaların təkzib edilməsi Radionun jurnalist dürüstlüyünə sadiqliyi ilə təzad təşkil edir.

Biz həm Bakıda, həm də Praqada işçilərin səkkiz il ərzində uzun müddət davam edən pis rəftar və təhdidlərlə üzləşməsindən dərin narahatıq. Natiq Zeynalov, Şahnaz Bəylərqızı kimi qiymətli jurnalistlər Xidmət rəhbərliyinin səhlənkarlığı və biganəliyi ucbatından bu qurumu tərk ediblər. Araşdırmaçı jurnalist Hafiz Babalı və tənqidçi reportyorlar Kamran Mahmudov, Gülnur Kazımova, İslam Şıxəli, Orxan Rüstəmzadə, Rəvan Seyfulla, Arzu Çinarlı (Əliyeva), Ramin Cəbrayılzadə (Deko), Turxan Kərimov (Qarışqa) və Namiq Hüseynov haqsız yerə işdən çıxarılıb.

Tələb edirik ki, adları çəkilən jurnalistlərin xidmətdaxili redaksiya-idarəçilik fəaliyyətinin pis idarə olunması ilə bağlı ictimai ifadələri ədalətli, müstəqil və qərəzsiz araşdırma üçün ciddi qəbul edilsin. Həmin reportyorlar Azərbaycan vətəndaş cəmiyyətinin və tənqidi medianın etibarlı şəxsləridir. Bundan əlavə, iddiaların hazırkı vəziyyəti Azərbaycan ictimaiyyəti qarşısında Radionun nüfuzunu aşağı salır.

Biz həmçinin Xidmətin rəhbərliyi ilə bağlı maliyyə pozuntuları iddiaların araşdırılmasının vacibliyini vurğulayırıq. Keçmiş əməkdaşların və Radionun fəaliyyəti ilə tanış olan vətəndaş cəmiyyəti fəallarının ciddi iddiaları düzgün araşdırma tələb etsə də, onların həlli üçün konkret tədbirlər hələ də yoxdur.

Aydındır ki, bu hərəkətlər Azadlıq Radiosunun Etik Jurnalistika Standartları (Peşəkar Müstəqillik və Pozulmalar və İntizam Hərəkətləri), USAGM-nin Bərabər Məşğulluq İmkanları siyasətinə və Jurnalistlərin Hüquq və Vəzifələri Bəyannaməsi ilə bağlı Münhen Xartiyasına birbaşa ziddir. Nizamnamədə göstərildiyi kimi, redaksiya heyəti müəssisənin işinə təsir göstərə biləcək bütün vacib qərarlar barədə mütləq məlumatlandırılmalıdır. Ən azı redaksiya heyətinin tərkibi ilə bağlı bütün məsələlər üzrə qəti qərar qəbul edilməzdən əvvəl onunla məsləhətləşmələr aparılmalıdır: məsələn, Jurnalistlərin işə qəbulu, işdən çıxarılması, dəyişdirilməsi və vəzifədə yüksəldilməsi” (3.1).

Bu halları nəzərə alaraq, biz qəti şəkildə inanırıq ki, Xidmətdəki bu vəziyyət dərhal şəffaf və obyektiv şəkildə həll edilməlidir. Azadlıq Radiosunun jurnalistika sahəsindəki əhəmiyyətini qiymətləndirən vətəndaş cəmiyyətinin üzvləri olaraq biz, hazırda prezident səlahiyyətlərini icra edən direktor Jeff Gedmini Xidmətin prinsiplərə sadiqliyini bərpa etmək və ictimai imicini yaxşılaşdırmaq üçün müstəqil araşdırma aparmağa çağırırıq.

Buna nail olmaq üçün bu bəyanat çərçivəsində aşağıdakı tövsiyələri təklif edirik:
1. Bütün iddiaları, xüsusən də maliyyə pozuntuları ilə bağlı hərtərəfli və şəffaf şəkildə araşdırmaq üçün müstəqil komitə yaradılsın.

2. Azərbaycan Xidmətinin direktoru İlkin Məmmədovun və Bakı Bürosunun rəhbərinin araşdırma zamanı vəzifələri müvəqqəti olaraq dondurulsun.

3. Həm Praqa, həm də Bakı ofislərində rəhbərliyin təcrübələri ilə bağlı narahatlıqlarını ifadə edən keçmiş və indiki işçilərə qarşı pis rəftar, təqdir edilməməsi, zorakılıq və təqib iddiaları ilə bağlı araşdırmalar aparılsın.

*Bəyanata imza atmaq istəyənlərdən xahiş olunur ki, ad, soyad və peşəsini şərh bölümünə əlavə etsinlər.

İmzalayanlar:

Arzu Qeybulla (jurnalist)
Aytac Tapdıq (jurnalist)
Anar Məmmədli (hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi Mərkəzi)
Adnan Hacızadə (civic activist)
Çingiz Sultansoy (jurnalist)
Emin Aslanov (hüquqçu)
Elməddin Şamilzadə (jurnalist)
Əfqan Muxtarlı (jurnalist)
Əbülfəz Qurbanlı (Article 54)
Əziz Kərimov (fotojurnalist)
Gülnara Mehdiyeva (feminist fəal)
Həbib Müntəzir (co-founder of Meydan TV, blogger)
Həmidə Qiyasbəyli (sülh və münaqişə fəalı)
İzzətxanım Cabbarova (jurnalist)
Leyla Həsənova (gender fəalı)
Kamran Mahmudov (jurnalist)
İmran Əliyev (Meclisinfo.org-un təsisçisi)
Namiq Hüseynov (jurnalist)
Nəcmin Kamilsoy (tədqiqatçı, Agora platformasının həmtəsisçisi)
Nərmin Şahmarzadə (feminist fəal)
Nicat Məmmədbəyli (hüquqçu, Müstəqil Hüquqşünaslar Şəbəkəsi)
Nicat Əmiraslanov (jurnalist)
Mehman Hüseynov (bloger)
Səməd Rəhimli (insan hüquqları üzrə hüquqşünas)
Toğrul İsmayılov ( “Toxum” Platformasının təsisçisi)
Tural Ağayev (hüquqçu)

CIVIL SOCIETY STATEMENT concerning Radio Free Europe/Radio Liberty’s Azerbaijani Service (Azadliq Radiosu)

We, the undersigned members of Azerbaijani civil society, wish to bring attention to concerning allegations surrounding Radio Free Europe/Radio Liberty’s Azerbaijan Service (“Azadliq Radiosu”).

We attach significant importance to the allegations that have come to our attention from a range of professional and independent journalists who have collaborated with Radio Free Europe/Radio Liberty’s Azerbaijani Service (“Azadliq Radiosu”). The allegations that the leadership of the Azadliq Radiosu has actively undermined its commitment to independent and unbiased broadcasting by mounting pressure and mistreating its employees are deeply concerning.

Moreover, the absence of a transparent investigation, coupled with the sole denial of well-founded claims that point to entrenched patterns within the Radio, directly contradicts the Radio’s commitment to journalistic integrity.
We are deeply concerned that employees in both Baku and Prague have faced prolonged mistreatment and threats spanning eight years. Esteemed journalists like Natig Zeynalov, and Shahnaz Beylargizi, left due to negligence and indifference from higher-ups. Investigative journalist Hafiz Babaly and critical reporters Kamran Mahmudov, Gulnur Kazimova, Islam Shikhali, Orkhan Rustamzadeh, Arzu Chinarli (Aliyeva), Turkhan Karimov (Garishga), Ramin Jabrayilzade (Deko) Namig Huseynov and Ravan Seyfulla were unjustly dismissed.

We assert the public testimonies of the mentioned journalists concerning alleged intra-Service editorial-managerial mismanagement should be taken seriously for Fair, Independent, and unbiased inquiry. The relevant reporters are credible persons within the Azerbaijani civil society and critical media. In addition, the current state of the allegations downgrades the Radio’s reputational standing in the eyes of the Azerbaijani public.

We also stress the importance of investigating allegations of financial irregularities involving the Service’s leadership. While strong claims from former employees and civil society activists familiar with the Radio’s operations requiring proper investigation, concrete actions to address them are still lacking.

It is evident that these actions directly contradict RFE/RL’s Standards of Ethical Journalism (Professional Independence and Violation and Disciplinary Actions), USAGM’s Equal Employment Opportunity policy and Munich Charter concerning the Declaration of the Rights and Duties of Journalists. As the Charter prescribes ‘the editorial staff has obligatorily to be informed on all important decisions which may influence the life of the enterprise. It should at least be consulted before a definitive decision on all matters related to the composition of the editorial staff e.g. recruitment, dismissals, mutations, and promotion of journalists is taken’ (3.1).

In light of these circumstances, we firmly believe that this situation at the Service must be immediately addressed in a transparent and objective manner. As members of civil society who value the journalistic merits of Radio Free Europe/ Radio Liberty, we urge the recently appointed acting president Jeff Gedmin to conduct an independent investigation in order to restore the integrity of the Service and improve its public image.

To achieve this, we propose the following recommendations within the scope of this statement:

1. Establish an independent committee to thoroughly and transparently investigate all allegations, especially concerning financial irregularities.

2. Temporarily freeze the positions of the Director of the Azerbaijan Service, Ilkin Mammadov, and the Head of the Baku Bureau during the investigation.

3. Conduct investigations into allegations of mistreatment, lack of appreciation, bullying, and harassment against former and current employees who raised concerns about the management’s practices, both in the Prague and Baku offices.

*Those who want to sign the statement are requested to add their name, surname and profession in the comment section.

Signatories:

Abulfaz Gurbanli (Article 54)
Adnan Hajizadeh (civic activist)
Afgan Mukhtarli (journalist)
Anar Mammadli (Human rights defender)
Arzu Geybulla (journalist)
Aytaj Tapdig (journalist)
Aziz Karimov (photo-journalist)
Chingiz Sultansoy (journalist)
Emin Aslanov (Human rights lawyer)
Elmaddin Shamilzadeh (journalist)
Gulnara Mehdiyeva (feminist activist)
Habib Muntazir (co-founder of Meydan TV, blogger)
Hamida Giyasbayli (peace and conflict activist)
Imran Aliyev (Founder of Meclisinfo.org)
Leyla Hasanova (gender activist)
Kamran Makhmudov (journalist)
Izzetkhanim Jabbarova (journalist)
Namig Huseynov (journalist)
Najmin Kamilsoy (researcher, Co-founder of Agora platform)
Narmin Shahmarzade (feminist activist)
Nijat Amiraslanov (journalist)
Nijat Mammadbayli (Human rights lawyer, co-founder of Independent Lawyers Network)
Mehman Huseynov (blogger)
Samed Rahimli (Human rights lawyer)
Torgrul Ismayilov (Founder of “Toxum” Platform)
Tural Agayev (human rights lawyer)

--

--