Seçimlər

Seçimlər hər gün rastımıza çıxır. Hər gün, hər dəqiqə, hətda deyərdim hər an (artıq saniyə deyə bilmərik çünki anın bir vahidi yoxdur və ya varsa belə 1/sonsuzluq saniyə deyə bilərik ki, deyəsən mötərizə deyib çox uzatdıq qayıdaq əsas məsələyə) belə seçim edirik. İnanmırsınızmı?

Bu məqaləni görərkən “açıb oxuyum mu?” dedinizmi? Düzün deyin. Siz demədinizsə belə bilincaltınızda (bu sözün azəricəsini bilən varsa comment etsin zəhmət olmasa) demiş oldunuz. Bu da qane etmir? Bu yazını oxuyan vaxtı əslində hər saniyə, salisə, an bir seçimə “hə” deyərək davam edirsiniz. Yox dediyiniz an artıq məqaləni oxumamış olacaqsınız.

Həəə… Yuxarıda bir xeyli çənə tərpətdik deyəsən. Əslində yox sadəcə oxudunuz və sizin daha bir neçə saniyənizi əlinizdən almamaq adınıza əsas kontentə keçək…

Seçimlər asandırmı

Seçim etmək elə də asan iş deyil. Bəzən isə çoooooo….ox asandır. Hələdə oxuyursunuzsa bu da asanlığının bir sübutudur. Yəni heç düşünmədən oxumağa davam edirsiniz. Niyə? Buna sonra toxunacam. Amma öncə niyə asan iş deyil onun barəsində danışaq.

Seçimin sadəliyi bizim onu nə dərəcədə önəmsədiyimizdən aslıdır. Bir şeyi nəqədər çox ciddiyə alsanız o seçim o qədər çox sizə əzab verəcək. İnanmırsınız? Sizin üçün ən dəyərli 2 insan arasında seçim etmək asandır yoxsa sizə görə dəyəri olmayan 2 cisim arasındakı seçim? Ən azınnan 2-ci halda ya bundadı ya bunda … deyib 1-ni seçəcəksiniz. Çünki, dəyərsizdir və ya dəyəri çox azdır.

Seçimlər yorur

Bəli seçimlər insanı yorur. Amma baxır hansıları. Əgərki sizin üçün dəyərli seçimdirsə o daha daha … çox yorur. Çünki, beyin düşünmək üçün yavaş düşüncə moduna keçir və daha çox enerji tükədir. Amma lakin dəyərsiz seçim olduqda bu zaman beyin sürətli düşünmə modunda işləyərək əlavə sorğulama etmədən seçimi edir.

Necə seçim etməli

Ən önəmli şey öz ürəyinizin və beyininizin səsini dinləməkdir (əslində ürəyin səsli olmur, düzü heç beyinin səsini də eşidən kimsə görməmişəm). Daha sonra sizə yaxın olanlardan fikirlərini soruşun. İlk öncə siz fikirləşin deməy biraz eqoist (başqa şeydi adı yadımnan çıxıb) səslənə bilər amma sonda sizin həyatınız dəyişəcək. Və həyatınız yalnız sizə aiddir. Və çalışın başqası belə etdi yaxşı oldu məndədə yaxşı olar deməyin. Çünki, eyni halın olması üçün sənin onun həyatını yaşaman lazımdır hansı ki, mümkün deyil.

Uzun sözün qısası seçimlər önəmlidir, və çalışın ilk öncə seçinimizi özünüz edin. Çünki, Anı yenidən yazmaq mümkün deyil!

https://en.wikipedia.org/wiki/A

Yuxarıda sintaksis, qrammatik və ya leksik tapdınızsa demək ki, məqaləni məqalə kimi oxumamısınız!