Ümumi narkoz nə qədər etibarlıdır?
Vasif Ismayıl
51

İlk öncə yazı üçün sizə təşəkkür edirəm.

Sizin yazının başlığını görəndə bir müddət əvvəl baxdığımı “Narkoz” ( “Awake”) filmi yadıma düşdü. Filmdə əsas hadisələr kiçik xəstəxanada cərəyan edir, bəlkə də siz deyən kimi daha az yataq sayı olan xəstəxanada. Amma mahiyyət təbii ki, bu deyildi. Filmdə göstərilir ki, xəstəyə ürək köçürülməlidir və tez-tələsik əməliyyata başlanılır. Gənc oğlana narkoz vurulur, lakin xəstə fiziki olaraq bütün əməliyyat prosesini hiss edir, hətta ruhu da bu prosesboyu hər yeri dolaşır, izləyir. Ona qarşı qurulan tələdən xəbərdar olur…. Və sonda “haqq” yerini tapır. Filmi izlədikdən sonra onun barəsində yazılan şərhləri oxudum. Əksəriyyət yazmışdı ki, bəli! Bizdə də bu cür hallar yaşanıb. Həkimləri günahlandıranlar da vardı… Digər qrup isə işıqlı, sonsuz tunelə bənzər yol gördüklərini yazırdılar (hərçənd bu sizin yazından bir qədər kənardır). Mənə sadəcə maraqlıdır, tibbdə bunun hər hansı bir izahı varmı?

Like what you read? Give aynur a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.