İşsizlikdən çıxan pullar

1 il əvvəl azərbaycanlı gənc xanımlar “Facebook” səhifəsində bir araya gələrək, real biznes ideyalarının reallaşdırmasına dair uğur hekayələrini bölüşməyə başladılar.

Bu xanımlar Azərbaycanda işsizlik yaranan kiçik ideyaların real bizensə çevriliblər. Hər biri ayrılıqda fərqli biznes olsa da, əslində hamısının yaranma fəlsəfəsi eyni məqsəd, hətta vəziyyətdən qaynaqlanıb.

Qəhrəmanlarım ölkənin ən yaxşı təhsil ocaqlarında ali təhsillərini bitirdikdən sonra əmək bazarlarında heç bir iş təklifi almayan və buna baxmayaraq tənbəlliyə sarılıb, ruhdan düşməyən, sıfır ( 0 ) büdcə ilə biznes quran azərbaycanlı gənc xanımlardır. Bu layihə üçün əsasən onlardan 5-ni sizinlə tanış edəcəyəm.

“Zezecard”

incəsənət sahəsi üzrə təhsil almış iki gənc xanımdır. Onların ideyaları iş təcrübəsi olmadığından üzlərinə bağlanan qapılar sayəsində yaranıb. Günel və Gülər 1 il bundan öncə kağızları burma üsulu ilə incə sənətinə başlayıblar. Əvvəlcə ötəri maraq kimi başlayıblar, lakin yaranan ciddi tələbat əl işlərini ciddi biznesə çevirib. Hətta bəzən sifarişləri çatdırmaqda çətinlik çəkirlər. Layihələrinin adlarının fəlsəfəsi isə lap maraqlıdır… “Zezecard”çılar özləri kimi gənclərə tövsiyəsi: “Risk etməkdən qorxmayın! “Arzularınızı arzu olaraq saxlamayın!”

Visiting facebook page https://www.facebook.com/Zeze__cards-954551977913655/

“Selfie-Dolls”

İki ali təhsili olan Yəmən Məmmədli də əmək bazarında özünə yer tapa bilmədikdən sonra, insanları təəccübləndirmək, güldürmək və sevindirmək üçün fərqli ideya düşünüb və şəxsə bənzər, şən obrazlı gəlinciklər (kuklalar) hazırlamağa başlayıb. İxtisası menecmentlik olan Y. Məmmədli deyir ki, ona layihəsinə təzə başlayanda Kimdir səndən kukla alan?” “Sifariş verən?” deyirdilər. “Amma dedim ki, risk etməsəm, bunu heç vaxt bilməyəcəyəm! Yaxşı ki, ətrafımdakı insanları dinləməmişəm! Biznesimi iqtisadi biliklərimlə böyüdüb, məşhur brendə çevrimək istərdim… Bu yaxınlarda Bakıda Marionet Teatrı üçün İtaliyadan 70 min avroya 8 kukla alınıb. Arzu edirəm ki, nə vaxtsa mənim kuklalarım da bu cür tələbat görsünlər”.

Selfie-Dolls

“Ullivia Makes”

Tikmə üsulu ilə boyunbağlar, broşlar, sancaqlar, üzüklər, qolbaqlardan ibarət Ülviyyə Məmmədli adlı gənc xanımın əlişi biznesidir. Ülviyyə ingilis-alman dilləri üzrə müəllimlik ixtisasını oxusa da, 1 il bundan əvvəl ideyasını biznesə çevirmək qərarına gəlib və sifarişlərini almağa başlayıb. Onun sözlərinə görə, ideyasına 1 il bundan öncə Bakıda yenilik idi: “Hətta daha öncə heç kim etmədiyi üçün istifadə etdiyim materialları Bakıda tapa bilmirdim. Bu səbəbdən xaricdən alırdım”. Ülviyyə deyir ki, “Ullivia Makes” — onun özünə olan inamını artırıb. Tək başıma 0-dan bir işə başlamaq və uğur əldə etməyə əmindir artıq. İşsizlik sözü məni artıq heç qorxutmur!”.

Ulliviamakes

Ulliviamakes” — sosial şəbəkədə bu ünvanda tapa bilərsiniz : @ulliviamakes / c

“Toxucu”

Təxminən 1 ildir toxuyaraq qazanan bu layihənin müəllifi Əslinin ilmələri təkcə insanların canını isitmir, həm öyrədir, həm də sevindirir. O, istəyir ki, “Toxucu”su Azərbaycanda toxuculuğu brendləşdirsin və toxucu qadınları bir araya gətirsin. Artıq özünə 2 işçi də götürüb. Hətta seminarlar da təşkil etməyə başlayıb. “Toxucu”nun ideyası isə oxuduğu kitabdan yaranıb. “”Küçük mucizler dükkanı”nda. Toxuculuq kursu ilə 4–5 qadın bir araya gəlirdi və bir-birilərin həyatına yaxşı mənada təsir edirdilər. O, kitabı oxuyanda bir gün mən də belə bir yer açacam deyirdim” ,- deyə toxucu Əsli bildirib.

Toxucu

İnstagram: @toxucu.byaslimusayeva

Rəqs dərsləri Nigarla

İxtisasca rejissor olsa, uşaqlıqdan rəqslə məşğuldur. Rəqs bacarığını öz biznesinə çevirib. Hazırda saysız-hesabsız tələbələri var. Son vaxtlar isə Afrika rəqslərini öyrənib. Onun etdiyi yeniliklərdən biri “Youtube”da BelaBySherrie (@sherriesilver) adlı afrikalı xoreoqrafla birgə rəqs etməyə başlayıb. “Rəqsdə peşəkar olmaq üçün onu ürəkdən sevməlisən. Ötəri həvəs, qeyri-ciddi yanaşma sevginin biznesə çevrilməsinə kömək etmir”,- deyə N. Rəhmanlı hesab edir.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.