Yeni Sup Yarışması

Udan Startupçı

Adama qalan elə gəzməkdir. Gedin gəzin görün kef edin.

Əvvəlcə bildirim ki, Yeni Fikir 2016 yarışması gözəl təşkil olunmuşdur. Qarşılama möhtəşəm, gülər üzlü insanlar, gözəl kofe breyk və sairə. Qatılmadınızsa çox şey qaçırdınız. Gələk yarışma hissəsinə.

Kvotter: Təqdimat möhətəşəm. Məhsul yəni ola bilər tutsun. Amma Jürilərin sualları acınacaqlıdır. Təqdimatçı deyir ki, Amazon Affilate qoşulmuşuq pul qazanacağıq. Müsiflər heyyətindən kimsə Amazon Affilate qoşulub qoşulmaması barədə dəqiqləşdirici sual soruşur. Bəyəm Amazon Affilate qoşulmaq nə olan şeydir ki, sən bunun üstünə düşmüsən bu qədər. 18 yaşın keçən hər bir yer kürəsi vətəndaşı Amazon Affilate-yə qoşulub pul qazana bilər.

Flapus: Təqdimat yenə möhtəşəm. Murad qardaş 350 min dollar nə idi ? Bu pula Kaliforniyada ev alacaqsan qadan alım J ? Sənin bəxtin onda gətirmədi ki, sən SUP-un hədiyyəsini daha əvvəlcə qazanmısan. Sizə birinci yer versə idilər bütün tənqidlərlə qarşı qarşıya qalacaqdılar.

Ustam: Rəhbəri prezentasiyadan əvvəl gəldi məndən soruşdu ki, bəs 12 nəfərlə səhnəyə çıxsam yaxşıdır yoxsa tək. Dedim tək. Adamın diqqəti dağılır bilmirik hansınıza baxaq. Çıxdı danışdı, gözəl təqdimat, video və s. Jürilərdən yenə mənasız irad: Bəs qardaş sənin komandan haradadır, niyə görmürəm. Muradın cavabı: Müəllim ofisdə işləyirlər. Bu cavabla Jürini saxlamasa idi, sualları ilə davam edib: vopşe ustalar haradadır sualı gələ bilərdi. Yəni o tempdə gedirdi Jüri.

Gamebuy: Gözəl hekayə formasında hazırlanmış prezentasiya, geyimlər filan hər şey qaydasında. Biznes modeli özünü doğruldmuş pul qazanırlar. Qısaca uğurlu layihə. Neçənci yeri tutdu ? 5. Türkiyəyə istirahət uddular. Vallah qardaşlar tam səmimi deyim adama qalan gəzməkdir.

Mobchannel: Yer tutmadı. Əslində know-how var, təqdimat var, hazır məhsul var, əksik olan nə idi məndə bilmirəm.

Ümumi: Bizlərdə deyəsən x rəqəminə qədər söhbəti artıq trend olub. 10.000 AZN-yə qədər. O qədər tülkücə cümlədir bu. 1 AZN-də ola bilər 10.000 AZN-də. Sizləri çox intizarda saxlamayım. 1-ci yeri tutan Kvotter 5.000 Aldı + Avropada səyahət. Manat yox ha 5.000 EURO. Devalvasiya ehtimalında düşünüb SUP. Çünki uşaqlar gedib Avropada pulsuz qalarlar. Tövsiyəm budur ki, SUP-dan xahiş edin pulu bəri başdan versin. Çünki baxma Almaniya Azərbaycan kimi ucuz yer deyil. Kafedə oturub 1 dəfə yemək yesən 25EU minimum tutur. Özünüzə gözəl brend paltarlar alın oradan. Gələndə qardaşınızada hədiyyəlik ürəyinizdən nə keçsə alın.

Bu arada 3-cü yer tutmuş layihənin nə olduğunu hələdə anlamağa çalışıram. Dostlarımdan soruşdum onlarda başa düşməyiblər.

Öpürəm, uğurlar arzulayıram.

Nicat Manafov

Biznesin İnkişafı üzrə mütəxəssis