Sizcə də Bakıda taksilərin sayı çox deyilmi?

Son vaxtlar Bakıda fəaliyyət göstərən fərdi taksilərin, eləcə də digər daşıyıcı şirkətlərinin sayında artım müşahidə olunur. Paytaxtda ənənəvi taksilərin yəni, müstəqil taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payı hələ çox olsa da, artıq ayrı-ayrı şirkətlərin əhatə dairəsi sürətlə böyüməkdədir. Bu artım isə özü-özlüyündə şirkətlər arasında rəqabəti günü-gündən artırır. Bir çox şirkətlər ən ucuz və operativ xidmətə üstünlük verməklə bazarda güclənməyə, müştərini özlərinə cəlb etməyə çalışırlar.

Bəs Bakıda hansı taksi şirkətləri öz xidmətlərini təklif edir?

Vaxt puldur və bu özünü Bakının taksi servislərinin xidmətində də göstərir. Bakıda taksini gözlətməyin hər dəqiqəsi təqribən 5 qəpikdir. Bəzi şirkətlər pul hesablanmayan «güzəşt müddəti» (10–30 dəqiqə) tətbiq edirlər. Taksi şirkətlərinin əksəriyyətində minimum məbləğ 3 manatdır. Taksi sifariş edilibsə və müştəri ona əyləşibsə, bu məbləğ ödənilməlidir. Bu ödənişlə müştəri təqribən 3 kilometr gedə bilər. Bundan sonra tarif əsasında gediş haqqının hesablanmasına başlanır: “Dost Taksi”, “Bakı Taksi” MMC, Felix taksi, City taksi, 189 taksi, Ekspress taksi, “ATaksi”,

Ən sərfəli taksilər hansılardır?

Bakı taksilərində gediş haqqı 1 kilometrə görə, 70 qəpikdən başlayıb, məsafə uzandıqca 20 qəpiyədək azalır. İlkin məsafə üçün ən bahalı gediş haqqı Baku (London) taksi şirkətindədir — 70 qəpik. Amma yol uzandıqca ən aşağı gediş haqqı da bu şirkətdədir — 20 qəpik. Əksər taksi şirkətlərində gediş haqqı 1 km üçün 35–50 qəpik arasındadır. Taksidə 20 kilometrlik məsafə üçün ən aşağı qiymət 9,7 manat, ən yüksək qiymət 15 manatdır. Taksi şirkətləri tarifləri müəyyən edəndə meqapolisdəki avtomobil tıxacları və yollarda itirilən vaxtı da nəzərə alırlar. Bir qayda olaraq pik saatları saat 17-dən başlayıb saat 20-dək davam edir. Pik saatlarında taksidə gediş haqqı hər kilometrə təqribən 5 qəpik bahalaşır. Amma uzaq məsafələrdə elə də çox fərq eləmir. Pik saatlarında şəhərdə 20 kilometrə gediş haqları 11,2–15 manat arasında dəyişir. Bakıda xidmət göstərən taksi şirkətlərinin İçəri şəhərdən (Nizami küçəsi 1) 28 May metrosu və İçəri şəhərdən (Nizami küçəsi 1) Əhmədli metrosuna kimi təklif etdiyi qiymətləri belədir:

“Salam” taksi — 28 May metrosu — 2 AZN; Əhmədli metrosu — 5.68 AZN

“Ekonom taksi” 28 May metrosu — 3 AZN; Əhmədli metrosu — 7,40 AZN

“Taxi 24”–28 May metrosu — 3,5; Əhmədli metrosu — 6,90;

“Felix taksi” — 28 May metrosu — 2,70 AZN; Əhmədli metrosu — 7,52 AZN

“189”–28 May metrosu — 3,4 AZN; Əhmədli metrosu — 8,30 AZN

“London” Taxi — 28 May metrosu — 4 AZN; Əhmədli metrosu — 10 AZN

“Uber”— 28 May metrosu — 3 AZN; Əhmədli metrosu — 7 AZN

“Utap “— 28 May metrosu — 2,25 AZN; Əhmədli metrosu — 5,7 AZN

Mobil telefonda bir toxunuşla necə taksi sifariş etmək olar?

Taksi xidmətləri yeni texnologiyaların tətbiqindəki irəliləyişə görə təəccübləndirir. Şirkətlərin əksəriyətində sifarişi onlayn və ya mobil tətbiqlər vasitəsilə vermək olar. Bu da taksi tapmağı asanlaşdırır. Mobil tətbiqin istifadə olunması isə şirkətə imkan verir ki, müştərinin yerini də dəqiqləşdirsin. Nəticədə bəzi şirkətlər müştəridən harada olduğunu soruşmurlar — mobil tətbiq onun yerini göstərir. Uber taksi xidməti ancaq Bakı daxilində fəaliyyət göstərir. Ondan fərqli olaraq digər şirkətlər paytaxtdan kənara da çıxırlar. Məsələn, UTAP, TaksiTap və Taksi 24 şirkətləri bütün ölkə daxilində xidmət göstərir.

Dünyanın ən baha və ən ucuz taksiləri hansı şəhərlərdədir?

İsveçrənin UBS Bankının ekspertləri 2015-ci ildə dünyanın ən bahalı və ən ucuz taksilərinin siyahısını hazırlayıb. Dünyanın ən bahalı taksiləri Norveçin paytaxtı Osladadır. Belə ki, bu şəhərin sakinləri və qonaqlar 4,8 kilometr məsafə qət etmək üçün taksiyə 32,1 dollar ödəməlidirlər. Eyni məbləğdə pulla taksi ilə Ukrayna və Hindistanda 66 kilometr yol getmək olar. Kiyevdə taksi ilə 4.8 kilometr yol getmək 1,59 dollara, Dehlidə isə 1.54 dollara başa gəlir. Bu dünyada ən ucuz taksi qiymətləridir. Bahalı taksiləri ilə seçilən növbəti Avropa ölkələri İngiltərədə, İtaliya, Almaniya, İsveçrədir. Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30%-i qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb. Çili isə ən qeyri-adi taksilər — inəklərdir. Vyetnamda isə getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir.

Taksi barədə, yəni bizi şəhərin və yaxud ölkənin istənilən nöqtəsinə çatdıran bir nəqliyyat xidməti olduğundan başqa nə bilirik?

Taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi. Arabalı taksilər hələ Qədim Romada mövcud idi. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi və təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirdi. Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində Yellow Cab şirkəti tərəfindən seçilmişdi. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü. 1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat löhvəsi” və yaşıl işıq yaradıldı.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.