Dave McClure-dan nələr öyrəndim?

Jalal Rahimov (HTP Azerbaijan), Dave McClure (500 startups), Hasan Haider (500 startups), Alper Tunga Celen (Commit Network)

Azərbaycan Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə biz ABŞ-ın ən böyük Akseleratorlarından biri olan 500 Startups-ın təsisçisi Dave McClure və onun iş partnyoru Hasan Haider ilə görüşdük. Tədbirdə McClure müəllim startap ekosistemi və öz təcrübəsi haqqında paylaşdı. Düşündüm ki, tədbirdə iştirak etməmiş şəxslərə onun bəzi fikirləri öz Startaplarını qurmaqda yardımçı olar.

Bəri başdan deyim ki, sözləri birə-bir yazmıram, dediklərini öz dilimlə deyirəm:

  • İlk baxışdan uğurlu görünən layihə uğursuz, xoşagəlməz layihə isə çox böyük istifadəçi kütləsini əldə edə bilər.
  • Uğurlu layihə etmək istəyirsinizsə həm kodlaşdırmadan, həm dizayn, həm də internet marketinqdən başınız çıxmalıdır.
  • Bu günədək 900-ə yaxın startapa yatırım etmişik və onların üçdə biri uğursuz olub.
  • Milyard qazanacaq startapların sayı tək-tükdür.
  • Məhsulunuzu kiçik bazarda test edib nəticə əldə etdikdən sonra, böyük bazara çıxara bilərsiniz.
  • Bizə əla komanda, əla ideya və ya əla məhsul lazım deyil. Əsas həmin məhsula görə pul vermək istəyən müştərilərin olmasıdır.
  • Biz çox sayda layihəyə, kiçik məbləğli yatırımlar etməklə az riskə getdiyimizdə, layihə uğursuz olduqda az pul itiririk.
  • Startapı Azərbaycanda yaradıb, Türkiyə və Rusiya kimi böyük bazarlara çıxardın.
  • Aranızda neçə nəfər Çin dilində layihə üzərində işləyir?
  • İlk öncə məhsulu yaradın, istifadəçi kütlənizi artırın, ondan sonra investisiya axtarın.
  • Sən yaxşı oğlan ola bilərsən, ancaq mən yalnız sənin pul qazanan layihənə pul yatıra bilərəm.
  • Biznes plan statik məlumatlardan ibarətdir, startap isə daim inkişaf edərək, dəyişə bilir.
  • Əgər siz ideyanız haqqında dediklərinizə inanmırsınıza, “it`s a bullshit”!