Krizis zamanı 5 pul qazanma metodu

Sharing Economy

Bu məqaləni 2015-ci ildə İlk Bakı Avropa Oyunları üçün yazmışdım. Ancaq Medium bloqumu indi açdığımdan, üstəlik devalvasiya və krizisin astanasında olduğundan düşünürəm ki, çox lazımlı məsləhətlərdir. Ona görə də yenidən burada paylaşıram.

Devalvasiya gəldi, bazarı qatdı bir-birinə və bu gün gündəmdə yalnız manatın dollara qarşı olan məzənnəsi müzakirə obyektidir. Yeni yaranmış vəziyyətdə bəziləri yeni, xaricə yönəlik biznes qurur, bəziləri mövcud olan bizneslərini krizisə uyğunlaşdırır, digəriləri isə hələ də nə edəcəklərini bilmirlər. Təbii ki, biznes qurmaq üçün müəyyən vəsaitə ehtiyyac var, bu vəsaiti isə hər kəs qarşılaya bilmir. Buna görə də, qərara gəldim ki, mövcud şəraitdə əldə olan imkanlardan yararlanaraq necə pul qazana biləcəyiniz bir neçə metod barədə məlumat verim. İlk onu deyim ki, bu metodlar təmamilə biznes qurmaq anlamına gəlmir, sadəcə ölkəyə axın edə biləcək turistlərdən yararlanaraq əlavə gəlir əldə etməyə, həm də ki yeni tanışlıqlar qurmağa yardım edəcək.

1. Evini kirayə ver.

airbnb

Beynəlxalq tədbirlərin keçirildiyi bir dövrdə ölkəyə gələn turistlərin ən çox düşündüyü və əziyyət çəkdiyi problem harada gecələyə biləcəyidir. Bizim şəhərin hotellərinin qiymətini nəzərə alsaq, ya turistlər bura gəlməməlidir, ya da ancaq pullular gəlməlidirlər. Ancaq, bu vəziyyətdən də çıxış yolu var. AİRBNB servisi vasitəsilə öz evinizi, otaqlardan birini, hətta divanınızı belə xarici tursitlərə kirayə verə bilərsiniz. Xarici qonaq ucuz gecələmə yeri, siz isə pul qazanarsınız. Kim bilir, bəlkə də puldan savayı yaxşı dost da qazana bilərsiniz.

Qeydiyyat üçün: Airbnb.com

2. Xaricilərə yemək qonaqlığı verin.

Vizeat

Evinizi kirayə verə bilmədiyiniz halda, əgər dadlı və ləziz yemək hazırlaya bilirsinizsə, turistlərə yemək qonaqlığı verərək də Pul qazana bilərsiniz. Necə? Çox sadə. Airbnb məntiqi üzərində qurulmuş, lakin qonaqlara yataq yeri deyildə, yemək qonaqlığı verə biləcəyiniz Vizeat xidmətinə qoşularaq öz evinizdə və ya bağınızda edəcəyiniz qonaqlıqdan pul qazana bilərsiniz. Diqqət, burada restoran qonaqlığı deyil, məhz evdə keçirilən qonaqlıq nəzərdə tutulur və yeməkləri də özünüz bişirməli olacaqsınız.

Qeydiyyat üçün: VizEat

3. Sürücülük xidməti

UBER

Əgər sizin avtomobiliniz varsa və ondan necə pul qazana biləcəyinizi düşünürsünüzsə, o zaman UBER-ə qoşulun. Təbii Uberlə yanaşı yerli sərnişin daşıma xidmətlərimiz də mövcuddur (ataksi, dost taxi, taxitap və s.). Lakin, UBER-in əsas üstünlüyü ondan ibarətdir ki, o xaricdə tanınır və ölkəmizə gəlmiş xarici, yerli taxi app-ları axtarıb tapana kimi, artıq tanıdığı xidmətdən istifadə etməyə üstünlük verəcək. Həm UBER yeni sürücüləri qəbul edir.

Qeydiyyat üçün: UBER Drivers

4. Suvernirlər hazırlayıb satın

Zazzle

İlk düşünə biləcəyiniz odur ki, gərək külli miqdarda pul qoyub çindən suvenirlər sifariş edəsiniz və sair və ilaxır. Stop, Stop, Stop!!!

Mən başqa metod təklif edirəm. İnternetdə çoxdan bəri Zazzle (CafePress, RedBubble) kimi onlayn suvenir, geyim və s. hazırlama xidmətləri var. Bunlardan birindən istifadə edərək, siz öz qrafik dizaynlarınızı geyimdən tutmuş, xırda açarlıqlara qədər müxtəlif növ məhsulların üzərinə yerləşdirərək, onlayn sata bilərsiniz. Ən əsası isə siz bu mallara görə heç bir qəpik də olsun pul ödəməyəcəksiniz. Sadəcə istənilən qrafik proqramda dizaynı hazırlayın, qeydiyyatdan keçin və bir neçə dəqiqəyə yüzlərlə məhsulun üzərində həkk edin işinizi. Daha sonra satışdan öz faizinizi təyin edərək, istər özünüz internetdə paylaşın, istər gözləyin Zazzle vasitəsilə satılsın.

Qeydiyyata üçün: Zazzle

5. Turistləri gəzdirin və ölkəmizi tanıdın.

Wetravel.to

Əgər yuxarıda deyilənlərin heç biri sizə uyğun deyilsə, bəlkə turistlər üçün gəzinti turları təşkil edəsiniz?! Bəli-bəli, şəhərimizi və ya digər regionlarımızı yaxşı tanıyırsınızsa, Wetravel.to portalından qeydiyyatdan keçərək, turlar təşkil edə bilərsiniz. Odur ki, buyurun bu da sizə yay fəslində, oyunlar ərəfəsində əlavə gəlir yeri.

Qeydiyyat: WeTravel.to

Buna oxşar digər bir xidmət kimi isə GetGuided layihəsini də göstərmək olar.

Qeydiyyat: Getguided.co.uk

Dostlar, məqalə xoşunuza gəldisə, dostlarınızla paylaşmağı unutmayın. Bəlkə də, kimlərsə çoxdan bəri bu haqqda məlumat almaq istəyirdi. Təbii başqa metodlar haqqında da, məlumatınız varsa, şərhlərdə paylaşa bilərsiniz. Uğurlar.