Nəticə çıxara biləcəyimiz 5 hekayə

Hekayə #1

Günlərin birində siçan görür ki, fermer onun üçün tələ qurub. Bu barədə toyuq, qoyun və inəyə danışır. Ancaq onlar bir ağızdan deyirlər: “Siçan tələsi — sənin problemindin, bizə heç bir aidiyyatı yoxdur!”

Bir müddət sonra, tələyə ilan düşür və fermerin yoldaşını çalaraq zəhərləyir. Xanımı sağaltmaq üçün toyuğu kəsib, bulyon hazırlayırlar. Daha sonra, xəstəni görməyə gələnlərə yemək üçün qoyunu kəsirlər. Və nəhayət, yas mərasimində ehsan üçün inəyi kəsirlər.

Bütün bunları divardakı arakəsmədən izləyən siçan, heç kəsə aidiyyatı olmayan məsələlər haqqında fikirləşirdi.

Nəticə: Əgər nəinsə sizə bir-başa aidiyyatı yoxdursa, düşünməyin ki, nə vaxtsa sizə təsiri olmayacaq.

Hekayə #2

Qartal ağacda oturub, dincəlirdi.

Dovşan qartalı görüb, soruşdu:

– Olar mən də sizin kimi oturum, heç nə etməyim?

– Olar! Niyə də yox?

Dovşan ağacın altında oturub, başladı dincəlməyə. Qəflətən kolların arasından tülkü çıxıb, dovşanı yedi.

Nəticə: oturub, heç nə eləməmək üçün, siz çox hündürdə oturmalısınız.

Hekayə #3

Fermada at xəstələnir. Baytar heyfslənərək:

– Səhər ayağa qalxmasa, dərman verib öldürərik.

Səhər at qalxmadı. Yanında qoyun uzanmışdı:

– Nə oldu qalx, qalxmasan öləcəksən!

At qalxdı. Fermer sevincək:

– Bu möcüzədir! Bu hadisəni qeyd eləmək lazımdır. Qoyunu gətirin qurban kəsək.

Nəticə: Aidiyyatı olmayan işə, burnunuzu soxmayın (ancaq, siçanın hekayəsini də unutmayın)

Hekayə #4

Tikintidə üç nəfər işləyirdi.

Birincidən soruşdular: — Nə edirsən?

Birinci adam alnından təri silib, cavab verdi: — Heç, işləyirəm.

İkincisindən soruşdular: — Bəs sən nə edirsən?

Qollarını çırmalayıb, ciddi tərzdə cavab verdi: — Pul qazanıram.

Nəhayət üçüncüdən soruşurlar: — Sən bəs nə iş görürsən?

Başını göyə qaldırıb, dedi: — Məbəd tikirəm.

Nəticə: Yalnız böyük məqsədi olanlar üçün, həyat mənalı olur.

Hekayə #5

Taksi sürücüsü şəhərdə tanınmış milyoneri ünvanına çatdırır. O, da hesabı birə-bir ödəyir.

Sürücü təəccüblə:

– Mən dünən sizin oğlunuzu aparanda, o mənə 100 manat hədiyyə eləmişdi.

– Nə edək indi? Onun atası milyonerdi, mən isə yetiməm.

Nəticə: Pulun qədrini, onu öz alın təri ilə qazanan bilər.
Show your support

Clapping shows how much you appreciated Orkhan Ahmad’s story.