SeedStarscee Regional Summit haqqında təəssüratlarım.

Dekabr ayının 1–3 arası, Qazaxstanda keçirilən Seedstarscee tədbirindən qayıtdım və bəzi nyuansları qeyd etməliyəm. Qeyd edim ki, bu tədbir Seedstars-ın Şərqi Avropa ölkələrindən olan startapları üçün keçirtdiyi “regional summit” olmaqla yanaşı, həm də Qazaxstan startaplarının seçilmə mərhələsi idi. Deyim ki, oranın startapları belə WOW effektilidirlər, yox?! Ancaq, baxırsan ki, həm dövlət, həm də özəl sektorun nümayəndələri yeni ideyaların ortaya çıxmasında maraqlıdırlar və bacardıqları qədər dəstək olmağa çalışırlar.

img_20161203_192008

1. Bir neçə vençur fondları var, ancaq daha çox öz biznes profillərinə uyğun layihələrə yatırım edirlər. Məsələn, şəhərsalma, enerji qənaəti və s.

2. Qazaxstan startapları daha çox Hardware yönümlüdürlər. Ancaq, qalib layihə SaaS yönümlü idi.

3. SS Qazaxstan təşkilatçılığında 33, Azərbaycanda isə 8 partnyor olmuşdur.

4. Bir neçə istiqamətdə nominasiya oldu. İzah edim, bir var Seedstarsın nominasiya və qalibləri, bir də təşkilatçılığa dəstək olan partnyorlar da əlavə nominasiyalar üzrə bütün startapları qiymətləndirib, hədiyyələrini verdilər. Hədiyyələr isə məsəələn Cenevrə Biznes Məktəbinə — 3-cü yer 1000$, 2-ci yer 2000$, 1-ci yer 3000$ MBA paketi və üstəlik bu komandanın hər bir üzvü üçün. Əlavə nominasiyalarda ən yaxşı qadın təsisçi layihəsi, ən yaxşı təqdimat, ən innovativ layihə üzrə də Qazaxstanlı startapın istehsal etdiyi saatlar verildi. Bütün seedstars qaliblərinə də eyni yanaşma oldu.

img_20161203_113831

Yəni insanlar, heç kəsi narazı qoymadılar, hər birində öz işini davam etmələri üçün motivasiya və stimul verildi. Hədiyyələr boş şeydir, əsas odur ki, gənclər sözlər ilə deyil, realda onlara olan inam və dəstəyi hiss edirlər.

Düzünü deyim, Qazaxstana dəvət edəndə elə də getmək həvəsim yox idi. Bir təhər yola vermək istəsəm də, tədbirə bir neçə gün qalmış getmək qərarını verib, aviabiletimi aldım. Vəəə heç də peşman olmadım.

İlk növbədə CEE startaplarının nümayəndələri ilə daha yaxından tanış olub, yeni əlaqələr qazandım. İkincisi isə artıq illərdir, hətta on illərdir İT biznes industriyasında çalışan, qlobal İT şirkətlərində çalışmaqla yanaşı, milyonlarla dollara şirkətlər satmış və ya uğurlu İPO etmiş şəxslər ilə tanış olub, mentor dəstəyi almaq olmuşdur.

img_20161202_110900
img_20161202_144600
img_20161202_152225
img_20161203_162135

Həqiqətən də biz 7 milyard insan arasından cəmi bir neçə nəfəri tanıyıb, onlara həsəd aparırıq. Ancaq, realda belə insanların sayı qat-qat çoxdur və kənardan heç vaxt onların kim və nə ilə məşğul olduqlarını təsəvvür belə edə bilməzsiniz.

Mən bir daha təşkilatçılara və bizim Kvotter layihəsinə dəstək olan bütün şəxs və qurumlara minnətdarlığımı bildirmək istərdim. Əlavə olaraq, Azərbaycanda da bir gün dövlət və özəl sektorun, iqtisadiyyatımıza verə biləcəyi tövhələri həqiqətən də anlayıb, real dəstək göstərəcəyi günləri görmək ümidi ilə.

Bakı, 5 Dekabr 2016


Originally published at Orkhan Ahmadov.