Birdәn çox sosial media kanalından istifadə ənənəsi ölkəmizdə də formalaşmaqdadır. Artıq bir çox brendlər təkcə Facebookda deyil, digər sosial şəbəkələrdə, həmçinin Twitter’də də təmsil olunmağa başlayıblar. Son vaxtlar yeni şirkətlәrin Twitter profilini tez-tez görmək olur. Bu, əlbəttə ki, müsbət haldır və brend artıq müştərisi ilə müştərinin istədiyi sosial media kanalında ünsiyyətə keçir, hər müştərinin istəyinə uyğun “məkanlarda” onunla əlaqə qurur.

Lakin müştərini razı salmaq üçün gərək onun olduğu məkanın qaydalarını biləsən, xüsusən əgər bura Twitter’dirsə. Müşahidələrimə əsasən yerli şirkətlərin Twitter’də etdiyi 4 səhvi qeyd edəcəm. Əgər siz də şirkətiniz üçün Twitter profili açmaq istəyirsinizsə bunlara mütləq diqqət edin:

1. Facebook profilini Twitterə qoşmaq
Bu, Twitter’ə yeni gələn və bu sosial şəbəkəyə çox vaxt itirmək istəməyən insanların tapdığı çıxış yoludur. Onlar Facebook profilini Twitter’ə qoşduqda Facebook’da paylaşdıqları bütün məlumatlar həm də Twitter’də paylaşılmış olur. Amma necə?

Bu, uşaq oyuncaqları satan yerli bir şirkətin Twitter profilidir. Gördüyünüz kimi, profil Facebook səhifəsinə bağlı olduğundan oradakı hər paylaşım Twitter profilində yayımlanır. Amma bu paylaşımlar yarımçıq cümlə və fb.me/filanfilan olaraq görünür. Burda isə heç bir şey anlaşılmır və “spam” effekti yaradır. Və bu paylaşımların faydası, təbii ki, olmayacaq.

Bu, həm də Twitter istifadəçilərinə hörmətsizlikdir. Yarımçıq cümlə və link yayımlanması bilirsiz nəyə oxşayır: Kimsə sizinlə söhbət edərkən cümlənin ortasında üzünü çevirib gedir — bu ona oxşayır. Çünki siz bununla Twitter’ə önəm vermədiyinizi, burda olmaq xatirinə olduğunuzu göstərmiş olursuz. Yarımçıq, qeyri-müəyyən cümlələr paylaşan, spam effekti yaradan profili isə istifadəçilər nə izləyir, nə də reaksiya verir.

DAVAMI…