Formula 1 yarışlarını keçirtmək Azərbaycana nə verəcək?

Rəsmi açıqlanan məlumatlara görə, Formula 1 yarışları Azərbaycanda 5 il keçiriləcək. (10 il də keçiriləcəyi istisna edilmir). Gənclər və idman naziri Azad Rəhimov deyib ki, “”Formula -1" yarışları üçün Azərbaycan 10 illik müqavilə imzalayıb. İlk 5 il ərzində biz bu yarışları keçirməkdən imtina etsək, cərimə ödəməliyik”.

Formula 1 yarışlarının Azərbaycanda keçirtməkdə bir neçə məqsəd var.
  1. Azərbaycanı dünyaya tanıtmaq
  2. Xarici turstlərin Azərbaycana cəlb etmək
  3. Bahalı bir yarışın Azərbaycanda keçirilməsi onun inkişaf etmiş ölkələr siyahısında olduğunu göstərmək
  4. Azərbaycanı idman ölkəsi kimi tanıtmaq
  5. Son illər aparılan tikinti quruculuq işləri ilə bağlı dünyaya bir mesaj vermək

Ümumiyyətlə Formula 1 nədir?

Formula1 (ingiliscə Formula One World Championship) — açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur. İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar.

Builki dünya çempionatı 21 mərhələdən, Qran Pridən ibarətdir.

Yarışın nəticəsinə görə ilk 10 yeri tutmuş sürücü 25–18–15–12–10–8–6–4–2–1 xal sistemi ilə aktivlərinə uyğun olan xalı yazırlar. Mövsümün sonunda bütün yarışların nəticələri toplanır və ən çox xal toplayan sürücü dünya çempionu titulunu qazanır,

Bu il dünya çempionatında 11 komanda çıxış edəcək

2016-cı il Formula 1 yarışları 21 ölkədə keçiriləcək. Yarışlar 18 martda Avstraliyada başlayacaq, noyabrın 27-də Əbu dabidə bitəcək

Maraqlı faktlar

Formula1 kişi idmanı sayılsa da, Mariya Tereza de Fillips, Lella Lombardi, Qalika Divina, Dezire Uilson və Covanna Amati kimi qadın sürücülər də tarixə düşüblər.

Formula 1 tarixində ən qısa yarış 1991-ci ildə Avstraliyada baş tutub. Güclü yağış səbəbindən yarış dayandırılmışdı. Yarışın lideri Ayrton Senna cəmi 16 dövrəni başa vurduğu halda, yekun protokolda 14 dövrənin nəticələri qeyd edilmişdi (ümumi vaxt 24 dəqiqə 34,899 saniyə).

Ayrton Senna bu yarışda qələbə qazanıb, qalib elan edilmişdi.

Bakıda keçiriləcək yarışın büdcəsi nə qədərdi?

Rəsmi məlumatlara görə, 3 gün keçiriləcək yarışlara Azərbaycan 12 milyon manat xərcləyəcək. Daha dəqiq isə görülən bütün işlər bitdikdən sonra məlumat veriləcək. Ümumiyyətlə isə, 2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub.

Digər ölkələrdə isə belədir:

USA 78 milyon $
Canada 59 milyon $
Russia 32 milyon $

Biletlər neçəyə olacaq?

Biletlər müxtəlif kateqoriyalara görə 19–472 dollar (739 AZN) arasında dəyişəcək. Belə ki, “Abşeron” tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, “İçərişəhər” tribunasına 294 dollar, “Muğam” 245 dollar, Qız Qalası 188 dollar, “Bulvar” 120 dollar , “Ayaqüstü” zona isə 19 dollar müəyyən edilib.

Bakıda keçiriləcək yarış digərlərindən nə ilə fərqlənəcək?

Bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Belə ki, “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyada olan “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar paytaxtın tam simasını görə biləcəklər.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.