Fermer qadınların üzləşdiyi problemlər-Həll yolları

Pervane Sultanova
2 min readFeb 14, 2017

--

Sürəyya İsmayılova Tovuz rayonunun Qovlar qəsəbəsindəndir, 1995-ci ildən kənd təsərrüfatı ilə məşğuldur. Hazırda təsərrüfatında 50 baş iri buynuzlu, 250 baş isə xırda buynuzlu heyvan var. Xanım fermerin fəaliyyətində heyvandarlıq üstünlük təşkil etsə də, əkinçiliklə də məşğul olur. S.İsmayılova fermer fəaliyyətində bir sıra problemlərlə qarşılaşdığını deyir.

2016-cı ilin statistikasına görə, Azərbaycanda sahibkarların 19.9%-ni qadınlar təşkil edir. Ölkədə məşğul əhalinin 36.4%-i kənd təsərrüfatında çalışır. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksinə tapmır. Amma onların sayının çox olmadığı bildirilir.

Sahibkar qadınların iqtisadi rayonlar üzrə sayı

Bu yaxınlarda Qadın Konsensus Mərkəzi “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə həyata keçirib və fermer qadınların əsas problemlərini üzə çıxarıb. Layihənin koordinatoru Faina Hənifəyeva deyir ki, fermer qadınların əsas problem- texnikanın azlığı və bazarın əlçatmazlığıdır.

Layihənin əməkdaşı deyir ki, yerlərdə fermer qadınların problemlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

Maliyyə mənbələrinə əlçatanlığın aşağı olması

Kənd təsərrüfatı texnikasının müasir olmaması və ya ümumiyyətlə çatışmaması

Qarşı cinsdən asılılıq, gender bərabərsizliyi

Bu sahədə hüquqlarını bilməməsi

Sosial təminatın olmaması

Millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirir ki, deputat seçildiyi Quba rayonunda sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olan qadınlar var və onların qarşılaşdığı bəzi problemlər mövcuddur

Qadın Biznes Mərkəzinin rəhbəri Nabat Quliyeva hesab edir ki, qadın sahibkarların, həmçinin fermerlərin yetişməsi üçün ilk növbədə zəmin yaradılmalıdır

Fermer Sürəyya İsmayılov isə fermerlərin birliyinin yaradılmasını və bazarın marketinqinin aparılmasını təklif edir

Dilarə Əliyeva adına Qadınların Hüquqlarının Müdafiəsi Cəmiyyəti İdarə Heyətinin üzvü Əntiqə Quliyeva maarifləndirmənin aparılmasını vacib bilir

--

--