SWIFT

Azer Novruzov
2 min readSep 4, 2020

--

Tarix

____________________________________

Apple 2014-cü ilin 2 iyun tarixində Ümumdünya Proqramçılar Konfransında (Worldwide Developers Conference, WWDC) iOS istifadəçilərini təəcübləndirdi və özünün ayrıca proqramlaşdırma dili olan Swift-i təqdim etdi. Daha əvvəl Objective-C dilində yazan proqramçılar artıq Swift-ə üstünlük verməyə başladılar. Artıq onlar da başa düşürdü ki, gələcəkdə Apple Swift-ə daha çox diqqət ayıracaq və yenilikləri məhz bu dildə edəcəkdir. Swift — sürətli, müasir, təhlükəsiz və çox rahat yazıla bilən proqramlaşdırma dilidir. Bu dil vasitəsilə proqramların yaradılması prosesi çox asan, produktiv olur. Belə ki, Swift özündə C, Objective-C və Java dillərinin ən yaxşı xüsusiyyətlərini cəmləşdirib.

Müasirlik

____________________________________

Swift Apple ekosistemi daxilində yazılan proqramlara, iş əsnasında alınan təcrübələrə əsaslanaraq ən son yeniliklər və ehtiyyaclar nəzərə alınmaqla yaradılmış proqramlaşdırma dilidir.

Obyektyönümlülük

____________________________________

Swift “hər şey obyektdir” paradiqmasını əsas tutan obyektyönümlü proqramlaşdırma dilidir. Hazırda bu cümləni oxuyub başa düşə bilmədinizsə narahat olmayın, bu mövzuya qayıdacağıq.

Kodun oxunaqlı və lakonik olması

____________________________________

Swift ən əsası ona görə yaranmışdır ki, yazılması asan, başa düşülən və iş prosesində daha rahat olsun. Bir çox uzun kodları bir sətrə, bəzən isə hətta bir simvola qədər qısaltmağa imkan verən çox sadə və aydın sintaksisə malikdir.

Təhlükəsizlik

____________________________________

Swift çərçivəsində proramçılar elə bir müasir dil yaratmağa çalışırlar ki, bu dildə boşluqlar və zəif cəhətlər olduqca az olsun. Bu dilin sərt tipizasiyası vardır və iş prosesində işlədiyiniz obyektin tipini hər an hansı olduğunu bilirsiniz.

Aktuallıq

____________________________________

Müasir dil olduğu üçün Swift yaxın gələcəkdə də nüfuzunu qoruyacağı heç şübhə doğurmur. Əsasən də ona görə ki, swift proqramçılar icmaası durmadan genişlənməkdədir və apple istifadəçiləri artmaqda davam edir. Azərbaycanda da həmçinin, bu sahədə proqramçılar və istifadəçilər kifayət qədərdir. Bu dili öyrənmək istəyənlərə isə ən yaxşı xəbər o ola bilər ki, dil kifayət qədər yenidir, cavandır və digər proqramlaşdırma dillərindən fərqli bu dildə 10–15 il təcrübəsi olan proqramçılar yoxdur. Təbii ki, artıq başqa dillərdə kod yazmağı bacaran proqramçılar üçün Swift-də yazmaq daha asan və sürətli alınacaqdır.

--

--