Cloud Sərfəlidir?!

Ruslan Butdayev
3 min readNov 15, 2023

--

Artıq müəyyən müddətdir ki, Cloud servisləri mütləq şəkildə hərkəsin qarşısına çıxır və bu və ya digər formada ondan istifadə edir. Bu həm SaaS formasında (məs. icloud, google drive, dropbox və s.) həmdə (PaaS )biznes mühitində məs. Office 365, Google workspace kimi altətlərlə ola bilər. Ancaq bu günki toxunmaq istədiyim mövzu daha çox Biznes idarəçiləri və İT mütəxəssisləri daha çox özünə bağlayan İaaS dediyimiz — İnfrastructure as a Service dir.

Data center-i (on-premise)olan hər kəsə məlumdur ki, standartlara uyğun mərkəzi saxlamaq heç də ucuz deyildir (məs. dayanıqlı elektrik xəttləri, yanğın söndürmə sistemləri, mühafizəsi və s.). Bu data centeri idarə etmək üçün səriştli mütəxəssislər, həmçinin nəzərə alsaq ki avadanlıqarın amortizasiyası və ən əsası genişləmə/böyümə kimi ciddi maneələri var ki, artıq alternativ həll mütləq ki clouddur (təbbi ki büdcənizdən ciddi rəqəmlar ayırmaq sizin üçün problem deyilsə).

Şəkil 1.

On-premise sistemlərin ancaq mənfi xüsusiyətindən danışsaq müsbət tərəfləri də təbii ki vardır, ancaq mövzumuz müqaisə olmadığından bu araşdırmaya çox vaxt ayırmağı doğru görmürəm, bu kifayət qədər uzun mövzuya çevrilə bilər.

Cloud isə özlüyündə heç də sadə və deyildiyi qədər asan məsələ deyildir. Cloud sərfəli olması üçün ciddi resurs hesablaması tələb edir. Baxmayaraq ki anlıq yükləmələri idarəetmək üçün cloud ideal həlldir, ancaq bu resursları düzgün idarə edə bilmədiyiniz təqdirdə ciddi maaliyə itkisi yaşaya bilərsiniz. Bu səbəbdən cloud həmdə çox təhlükəli və xərcli olar bilir.

Əgər Cloud provider hesabı yaradıb (məs. AWS) orada ilk EC2 (virtual maşın) yaratmaq istəsəniz, seçdiyiniz resurslara uyğun saatlıq qiymətləri görəcəksiniz. Bu qiymətlər ilk başda baha gələ bilər ancaq burda bir nüans var ki, siz Cloud Transformasiyana başladığınzda və illik həcmdə resurs hesablaması edərək 50–70% -ə qədər endirim ala bilirsiniz. Bu AWS -də bir çox əsas resurslara aiddir deyə bilərik. Əsasən iki cür qənaət forması vardır:

  • Savings Plan
  • Reserved instance

Bu planlar haqqında gələcəkdəki yazılarda ətraflı olaraq danışacağıq. Bu tip qənaət üsulları həm Azure, həm də Google Cloud-da görə bilərsiniz.

Bundan başqa 1,2 hətta 3 illi rezerv almiş şirkətlər var ki, resura ehtiyacı olmur və ya iflas edir, AWS marketplace -dən həmin reservləri daha ucuz qiymətə belə ala bilərsiniz(təbbi Amazon sizdən 10% komissiya haqqı alcaqdır).

Yuxarıda göstərdiyim qənaət üsulu, bir neçə üsullardan biridir. Cloud transformasiyanızı sərfəli və səmərəli edə biləcəyiniz bir çox həllər və yollar vardır.

Bulud və On-Premise müqaisəsində standart cavab yoxdur. Hər bir seçim öz üstünlükləri və çətinlikləri ilə gəlir. Qərar büdcə məhdudiyyətləri, genişlənmə(böyümə) ehtiyacları, məlumat həssaslığı(sensitive) və tənzimləyicilərə uyğunluq kimi amillərdən asılıdır. Bir çox müəssisələr üçün həm bulud, həm də yerli həllərin güclü tərəflərini birləşdirən hibrid yanaşma onların unikal tələblərinə uyğun gələn balanslaşdırılmış və fərdiləşdirilmiş İT infrastrukturunu təmin edir. Bu amillərin diqqətlə nəzərdən keçirilməsi, inkişaf edən İT mühitin davamlı qiymətləndirilməsi ilə yanaşı, bizneslərə rəqəmsal dövrdə uğur qazandıran məlumatlı seçimlər etmək imkanı verəcək.

https://www.BRCS.pro olaraq sizə həm Cloud həm də On-Premise Roadmap hazırlanmasında, həmdə transformasiyada dəstək verməyə hazırıq.

#cloud #cloudcostmanagement #aws #bulud #cloudtransformation

--

--

Ruslan Butdayev
0 Followers

Strategic IT Consultant | Driving Innovation in Infrastructure and Cloud Solutions for Business Success