Fəlsəfə

Haqqında danışılması üçün güclü zehin və yüksək IQ tələb edən sahədir. Eləcə də günümüzdə fəlsəfi mövzulardan bəhs edən insan axınının içərisində bu xüsusiyyətlərə sahib olanlar az deyil. Təəssüf doğuran isə odur ki, bu keyfiyyətlərə sahib olmaq, özü özlüyündə insanın düzgün fəlsəfi yanaşmaya sahib olması demək deyil. Sadəcə bu nəticə üçün bir yol, vəsilə, səbəblərdən biridir.

Bilmədiyi və təsəvvürü olmadığı məsələlər haqqında danışan bir qrupdan ayrılan bu insanlara gəldikdə isə, onlar əksər hallarda başqa bir problemlə üzləşə bilirlər. Bu problemi qısaca izah etmək istəsək deyə bilərik ki, məsələ bir çox fəlsəfə məktəblərində öndə gələnlərin fikirlərini öz mövcud olduğu şərait əsasında formalaşdırmasındadır. Yəni bütün tənqid və müzakirələr o dövrün yalnış dəyərlərinə yönəlmişdir. Bu ideyalar özünü uzun illər yaşayacaq kitablarda da biruzə verdiyi üçün on illər, yüz illər ötdükdən sonra da bugünün oxucusu bu fikirlərlə həmsöhbət ola bilir. Məsələ burasındadır ki, bu məktəblər zəmanəyə az və ya çox uyğunlaşsa da, təməl kitablar öz parlaqlığını və məşhurluğunu qoruyur. Bu əsərlərdən oxunan mətləblər isə hər nə qədər zəmanəmizdən də əvvəl tutarlı sübut və dəlillərlə təkzib olunmuş olsalar da, kitabın öz daxilində mətin və sarsılmaz bir ideyaya sahib olduğu oxucunun şüuraltına yerləşir. Yalnış fikirlərə sahib bir məktəbi o dövr üçün yeni, bu günümüz üçün isə başqa bir yalnış ideyayla çürütməsi ilə görünüşdə haqqlı və doğru bir məktəbə çevrilir.

Əlbəttə hər bir oxucudan da bütün fəlsəfi məktəbləri bilməsini, bir alim kimi araşdırmasını gözləmək absurd fikirdir və bu həyatın axışını durduracaq bir iş olardı. Əfsuslar olsun ki, günümüzdə analitik və bir neçə fikir, fəlsəfə məktəbini qarşı qarşıya qoyan, bir birinə nisbətdə bənzərlik və fərqliliklərini aşkar edən kitablar da azdır. Hərçənd yox deyil! Keçən yazıda qeyd etdiyimiz kimi, sadəcə rastlaşdığımız bu böyük kitab axınında tapmaq nisbətən çətindir.


Originally published at ruhullahrahimov.wordpress.com on July 12, 2015.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.