Kitab Məzhəbimiz

Son zamanlar çox miqdarda mənasız kitab nəşr olunur. Qorxduğum və baş verdiyinə inandığım da odur ki, bu reklamlar axınında arada mövcud olan tək-tük yaxşı kitab da itir və ya kifayət qədər diqqət mərkəzinə gətirilmir.

Artıq doğru kitabı tapıb oxumaq da doğru dini etiqadı seçməyə bənzəyir. Araşdıranlar nəticəsin alır. Eqosunu doyurmaq istəyənlər bu kateqoriyaya uyğun kitab seçir, məhz bu kitabı oxuduğunu bir neçə formada eşitdirməyə çalışır. Eqosu hamıdan daha böyük olanlar isə bu kitabı oxuduğunu yaymaqdan qaçınır, amma kiminsə gəlib bu faktı aşkarlamasını gözləyir. Aşkar olunan zaman da “əlbəttə sənə bu kitabı anlamaq çətindir” deyir və başqa bir ipucu verməkdən də yan gəzir. Araşdırmayan və ya qapalı çərçivədə araşdıranlar qrupunun başqa bir üzvü də rəng seçimi etmədən hər dənizdən su içənlərdir. Bu bir növ radioda nə janrda mahnı səsləndirilməsinə məhəl qoymadan, yüksək səslə dinləyib keçənlərə bənzəyir. Əsas odur səs olsun.. əsas odur ki, yazılıb.


Originally published at ruhullahrahimov.wordpress.com on July 12, 2015.

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.