Azərbaycanda ideyaları pula necə çevirmək olar?

İndi ölkəmizdə ideyanı pula çevirmək artıq xəyal deyil. Yetər ki, kreativ ideya və istək olsun. İstəyinizə doğru açılan qapılardan biri “Barama” ola bilər. Bilənlər bilir, amma bilməyənlər üçün “Barama” nədir? Bilirsinizmi ki, bu mərkəz artıq onlarla gəncin maraqlı layihəsini həyata keçirməyə vasitəçilik edib. Mərkəz “Azərcell”in dəstəyi ilə 2009-cu ildən fəaliyyətdədir və onlara müraciət etmiş 30 layihənin 4-ü uğurlu şirkətə çevrilib. Layihənin biri isə Amerika Birləşmiş Ştatlarında, Virginia ştatında şirkətləşib.

“Barama” iş başında

“Barama” ideyalara necə dəstək olur?

Bu barədə “Barama”nın layihə koordinatoru Fidan Tofidi danışır.

“Barama”nın əsas investorları kimlərdir?

“Barama”nın əsas investorları arasında “PAŞA Bank”da var. “PAŞA Bank”ın layihəyə dəstəyi ilə bağlı F.Tofidi bunları qeyd etdi.

“Barama”da yetişən ən uğurlu layihə hansıdır? — Uğur hekayəsi

“Barama”ya bu günə qədər 400-dən çox layihə müraciət etsə də, onlardan hələ ki, yalnız biri bu gün tam istehsal prosesinə keçib. Bu adını Azərbaycanın xalçaçılıq üslublarından biri olan “Sumax”dan götürən “Sumaks” layihəsidir.

Layihəyə maraq necədir?

Statistika göstərir ki, hər il yeni ideyalarla bağlı “Barama”ya müraciət edənlərin sayı artır. Məsələn, “Barama” fəaliyyətə başlayarkən cəmi 20–25 innovativ ideya ilə bağlı müraciət edilmişdirsə, ötən il bu rəqəm 70-dən çox olub. Rəqəmlər də gənclərin innovativ ideyalarını pula çevirməklə bağlı “Barama”ya marağının artdığını deməyə əsas verir.

Insanlar “Barama” haqqında nə bilir?

Sosial şəbəkələrdə axtarışımızın nəticəsi olaraq məlum oldu ki, layihə maraqlı və biznes qurmaq üçün əlverişli şərait yaratsa da, insanlar “Barama” haqqında çox az məlumatlıdırlar. Belə ki, “Twitter”, “Linkedin” və digər sosial şəbəkələrdə insanların şərhlərini araşdırmağa çalışdıq. Yalnız “facebook”da bir neçə istifadəçi şərhini tapa bildik. Bu şərhlər isə “Barama” ilə bağlı deyil, sırf hansısa paylaşımla əlaqədardır.

Show your support

Clapping shows how much you appreciated Rahim Tariverdiyev’s story.