İqtisadi vəziyyətə baxmayaraq şirkətlər elə fəaliyyət göstəməlidir ki, onlara tələbat olsun”

Qartal Tikinti Firması uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət xüsusi təyinatlı obyektlərin, hərbi obyektlərin telekommunikasiya obyektlərinin tikintisi və radio quraşdırma işləri üzrə ixtisaslaşıb. Bu illər ərzində şirkət idarəçilik sistemi, şəffaf iş prinsipləri və tətbiq etdiyi yeniliklərlə sektorun lider şirkətlərindən birinə çevrilib. “Consulting & Business” jurnalı tikinti şirkətinin rəhbəri Şahin Məmmədovla olan müsahibəni təqdim edir:

  • Şahin bəy, istərdim söhbətimizə əvvəlcə iqtisadi vəziyyətdən başlayaq. Son iki ildə Azərbaycanda manatın 2 dəfədən artıq ucuzlaşması iqtisadi durğunluq yaradıb. Mövcud iqtisadi vəziyyətin əsas təsir göstərdiyi sahələrdən də biri tikinti sektoru oldu. Bu, sizin işinizə necə təsir göstərdi?
  • Son iki ildə təkcə manatın ucuzlaşması deyil, neftin qiymətinin aşağı düşməsi ilə inşaat sektorunun istifadəçiləri, xüsusilə də dövlət sifarişləri xeyli azaldı. Nəticədə tikinti şirkətlərinin dövriyyəsi kəskin şəkildə aşağı düşdü. Belə bir vəziyyətdə başa düşdük ki, ənənəvi sahələr uğur gətirməyəcək. Məsələn, “Qartal” tikinti firması hündürlükdə olan mobil operatorların baza stansiyalarının tikintisini həyata keçirirdi.Artıq bu işlər yekunlaşdığı üçün bu ənənəvi sahədə işlər azaldı. Və yaxud biz “Azərsu” ilə birgə Bakı-Zirə istiqamətində su xəttinin tikintisini aparırdıq. Ötən il dövlət su xəttinin tikintisini maliyyələşdirmədi və bu sahədə işlər azaldı. Bundan əlavə radar sistemlərinin təhcizatının quraşdırılmasını həyata keçirirdik və bu sahəyə yönəldilən maliyyə vəsaitləri də azaldı. Yəni, ənənəvi istiqamət dedikdə əsas işimiz hərbi, xüsusi təyinanatlı və telekommunikasiya obyektlərinin tikintisidir və bu sahələrdə geriləmələr müşahidə edildi.

BP ilə 3 ölkə ərazisində telekommunikasiya və elektrik təhcizatı işlərini həyata keçirməyə başlamışıq”

Ona görə də əvvəlki illərdə görmədiyimiz işlərə başladıq. Bilirsiniz ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Bu layihə üzrə BP şirkəti ilə müqavilə bağladıq. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində telekommunikasiya işlərini və elektrik təhcizatı sistemlərini quraşdırmaq “Qartal” tikinti firmasına həvalə edildi. Bu layihə bizim üçün yenilik idi. Ona görə də Almaniyanın şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçilərimizi həm fiberoptik qaynağı üzrə, həm də avanlıqların quraşdırılması ilə bağlı treninqlərə göndərdik, qısa müddətdə kadrlarımızı bu işə hazırladıq. Hətta, xarici şirkətlərdən də daha yüksək kefiyyətlə bu işi apardıq və uğur qazandıq. Bu 2016-cı ildə gördüyüm ən böyük işlərdən biri oldu.

Böhran ilində dövriyyəmiz 20% artıb”

Bundan əlavə, daha bir böyük layihə “Qartal” tikinti firmasına tapşırıldı. Xüsusi Dövlət Mühafizə xidmətinin sifarişi ilə H.Əliyev prospektində inzibati idarəetmə binası tikilir. Dövlətin ayırdığı maliyyə vəsaitinə uyğun olaraq tikinti prosesinin birinci mərhələsini uğurla başa çatdırdıq.Bu il də tikinti işlərini davam etdirəcəyik. Ümumilikdə isə mövcud iqtisadi şəraitə baxmayaraq ötən ilki maliyyə dövriyyəmizi 2015-ci illə müqayisədə 20 % artıra bildik. Tikinti sektoru uğur qazanmaq istəyirsə, “necə edəcəm?” –deyə fikirləşməkdənsə çıxış yolları axtarmalı, düzgün idarəetmə sistemi qurmalıdırlar. Hesab edirəm ki, bu il də elə istiqamətlər, sahələr tapılıb resurslar yönəldilməlidir ki, sənin işinə tələbat olsun. Təbii ki, burda həm kadr potensialı, həm maşın mexanizmlər elə vəziyyətdə olmalıdır ki, digər şirkətlərin görə bimədiyi işi görə bilsin və iş sifarişləri ala bilsin.

  • Şirkət hazırda xidmətlərinin çeşidlərində hər hansı dəyişikliklər edibmi?
  • Qeyd etdiyim kimi, enerji təhcizat sisteminin fiberoptik xətlərin çəkilməsi bir yenilikdir. Digər tərəfdən biz “Azərsu” ilə işləməyə başladıq.Burada da yüksək kefiyyətli avadanlıqlar, maşın mexanizmlər tələb olunurdu. Həmin qurğuları aldıq və müvəffəqiyyətlə “Azərsu”nun podratçılarından birinə çevrildik. “Azneft”in yanğın baş verən 10 nömrəli platformasında bərpa işlərini apardıq. Bakı Neftayırma Zavodunun 110–120 metrlik qüllələrini təmir etdik. “Neft-Kimya Trest”i bu işləri görmək üçün malik olmadığı texnika, xüsusi avadanlıqlar və personal “Qartal” şirkətində olduğu üçün bu xidmətləri göstərə bilirik. Yəni, bu gün tikinti sektorunda çeşidləri artırmadan, texniki yeniliklərə nail olmadan tikinti bazarında güclü iş sifarişləri almaq mümkün deyil.

-Şahin bəy, xarici şirkətlər adətən kefiyyəti əsasən gətirərək yerli bazarda olan şirkətlərlə əməkdaşlıq etməkdə maraqlı olmurlar. Buna baxmayaraq BP kimi iri xarici şirkətlər “Qartal” ilə müəyyən layihələri icra edirlər. Bu nə ilə bağlıdır?

- İri xarici şirkətlər tanınmış, böyük kapitala malik şirkətlərlə işləməyə üstünlük verirlər. Sumqayıtda yeganə olmaqla “Qartal” tikinti firması artıq 15 ildir ki, BP şirkəti ilə əməkdaşlıq edir və bu müddətdə əməkdaşlığımızda daim uğur qazanmışıq. İndi bizim dövriyəmiz artıb və indiqator şirkətə çevrilmişik. Yəni, BP-nin seçdiyi böyük şirkətlər siyahısındayıq. Görünür, həyata keçiridiyimiz işlərin kefiyyəti, dizaynı, həm idarəetməsi digər xarici şirkətlərdən daha yaxşıdır. Ona görə də iri xarici şirkətlər bizimlə işləməkdə maraqlıdır. Təkcə BP ilə deyil, “Genetik” şirkəti, Fransanın “Orens” şirkəti, “Simens”, “Alcatel” kimi şirkətlər də “Qartal”la uzunmüddətli işləyirlər. Məsələn, bizim şirkət “Termo Radar”, “Furmo Radar”ın Azərbaycanda rəsmi distribütorudur. Bütün radar sistemlərini biz qururuq. Ümumilikdə xarici şirkətlərlə əməkdaşlıq çətin olsa da, işin kefiyyətli olduğunu görəndə bu hər iki tərəf üçün faydalı biznesə çevrilir.

-Fəaliyyəti ərzində “Qartal” tikinti firması hansı nailiyyətləri, uğurları ilə yadda qalıb?

-İşə yaradıcılıq əzmi hər bir işçinin amalıdırsa, bu uğura gətirib çıxarır. Bu illər ərzində fəxrlə deyə biləcəyimiz çox işlər görmüşük. Qartal Tikinti Firması demək olar ki, hərbi rejimdə işləyərək ölkəmizin hərbi qüdrətinin artması üçün çox səmərəli işlər görür. Xəzər dənizinin Azərbaycan sektorunu və dəniz sərhədlərimizin etibarlı qorunmasının texniki təminatını yaratmaq məqsədi ilə Xəzər dənizində və Xəzər sahili boyunca uzaq mənzilli radar sistemlərini biz tikmişik və bu radar sistemlərinə xidmətin məsulliyyəti Qartal Tikinti Firmasındadır. Bu radar sistemlərinin və xüsusi təyinatlı avadanlıqların köməyi ilə hərbi qurumlar Xəzər dənizini tam izləyə bilir və lazım gəldikdə xüsusi tədbirlər həyata keçirə bilirlər. Bundan əlavə, hərbi sahədə istifadə edilən şifrəli rabitə sistemlərinin, qüllələrin,baza stansiyalarının tikintisini biz həyata keçirmişik. Bizim gördüyümüz işlər hansısa bina və ya villa tikintisindən ibarət deyil. Biznes tərəfindən əlavə həyata keçirdiyimiz layihələr dövlət üçün, xalq üçün xüsusi əhəmiyyətə malik işlərdir.

- Əhalinin əsas narazı olduğu məsələlərdən də biri mobil internetin kefiyyətinin aşağı olmasıdır. Siz eyni zamanda mobil operatorların baza stansiyalarının tikintisini həyata keçirirsiniz. Sizcə bu nə ilə bağlıdır?

Azərbaycanda kefiyyətsiz mobil internetin günahkarı Çin şirkətləridir”

- Telekommunikasiya tikintisi bazarında “Qartal” tikinti firması liderdir. “Bakcell”in 80%-nin, “Nar”ın baza stansiyalarının 50%-nin tikintisini biz həyata keçirmişik. Son illər Çin şirkətləri bu bazara daxil olub. “Huawei” kimi şirkətlər xidmətlərini və məhsullarını daha ucuz təklif edirlər. Belə olan halda sifarişçi müqayisə edərək “Qartal”ı deyil, daha ucuz xidmət təklif edən Çin şirkətini seçir. Həmin şirkət isə “Qartal”ın qurduğu avadanlıqları başqa markaya aid avadanlıqlarla əvəzləyir. İşin kefiyyətsiz olduğu isə 3–4 il sonra üzə çıxır.

Təbii ki, belə şirkətlərinin kefiyyətsiz işi də mobil internetin kefiyyətinə təsir edir. Məsələn 3G, 4G mobil internet yayımı bizim qurduğumuz güclü “Siemens”avadanlıqları vasitəsilə həyata keçirilirdi. Amma ucuz xidmət göstərən Çin şirkətləri həmin avadanlıqları “Huawei” markasına aid 3G, 4G qurğuları ilə əvəzləyirlər. Həmin qurğular isə qısa zamanda temperaturun təsirindən yararsız hala düşür və nəticədə internetin kefiyyəti itir.

Mobil operatorlar ucuz xidmətlərdən istifadənin ziyanını 3–4 il sonra biləcəklər”

Bəla burasındadır ki, Çin və digər ölkələrdən gələn ucuz xidmət təşkil edən xarici şirkətlərlə rəqabət aparmaq çox çətindir. 5–6 il zaman lazımdır ki, sifarişçilər xidmətin qiyməti ilə yanaşı, onun kefiyyətini də analiz edə bilsinlər. Bu zaman düşünürəm ki, artıq həmin şirkətlərə Azərbaycan bazarında yer olmayacaq.

Bundan əlavə mobil operatorların yeni rəhbərliklərində olan bəzi şəxslərin səriştəsizliyi, işə can yandırmaması xidmətin kefiyyətinin aşağı olmasına gətirib çıxarır.

  • Qartal” tikinti şirkəti həm də xeyriyyə layihələrinin iştirakçısıdır…
  • Əvvəlcə qeyd edim ki, “Qartal” tikinti şirkəti hər bir işi şəffaf şəkildə görür, o cümlədən vergilərini nümunəvi qaydada vaxtında həyata keçirir. Düşünürəm ki, hər bir sahibkarın bundan əlavə yaşadığı yerdə bir mənəvi məsuliyyəti də var. Bu vergilərlə ölçülmür. Yəni, sahibkar xeyriyyə tədbirlərində də aktiv iştirak etməlidir. Əvvəlki illərdə də xeyriyyə tədbirlərimiz çox olub. Məsələn, Taxtakörpü ərazisində tibb məntəqəsi tikmişik. “MƏRHƏMƏTLİ OLMAĞA TƏLƏSİN” layihəsi çərçivəsində qüsurlu uşaqlara ildə bir dəfə geyimlər, dərs ləvazimatları veririk. Bayram ərəfəsində Sumqayıt sakini olan Qarabağ əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları və əmək veteranlarına Novruz ziyafəti verilir, onlara ərzaq paylanılır, konsert proqramı təşkil olunur. Bu günlərə gəlincə, Əfqanıstanda, Qarabağda çox böyük şücaətlər göstərən, döyüşlərlə bir ayağını itirən qəhrəman, polkovnik leytinant Sultan Bəndəliyev haqqında film çəkilməsinə qərar verdik. Sağlığında onun haqqında böyük bir filmin ərsəyə gəlməsinə dəstək göstərdik. Bu yaxınlarda Sumqayıt icra hakimiyyəti və ictimaiyyəti ilə birgə filmin böyük təqdimat mərasimi keçirildi. Qeyd edim ki, bu yaxınlarda yenidən qayıdış başlanılan Cocuq Mərcanlı kəndi uğurunda döyüşlərdə Sultan Bəndəliyev bir ayağı ilə öndə gedərək insanları arxasınca aparanlardan biri olub. O insana bu “Sağ ol”u film vasitəsilə demək, qürur hissini oyatmaq önəmli bir məsələdir.

Bundan əlavə, Sumqayıtda yeni abadlıq işləri görüldü və yeni bulvar salındı. “Qartal” tikinti firmasının təşəbbüsü ilə orada böyük fantan kompleksi tikildi və dənizkənarında gözəl bir layihə alındı. Biz bunu reklam üçün yox, ümumiyyətlə belə xeyriyyə tədbirlərinin təbliğ olunması üçün deyirik.

  • 2017-ci il də Azərbaycan iqtisadiyyatı üçün asan olmayacaq. Mövcud vəziyyətdən çıxış yolu və ya hazırki iqtisadi vəziyyətə adaptasiya olmaq üçün “Qartal” şirkəti hansı addımlar atacaq?
  • Bu il Vergi Məcəlləsində və digər qanunlarda çox ciddi dəyişikliklər oldu. Artıq iri şirkətlərə yanaşma daha fərqlidir. Ümumilikdə isə dəyişiklərin məğzi bundan ibarətdir ki, hər kəs şəffaf şəkildə vergi ödəməlidir. Hər bir kiçik, orta sahibkar başa düşməlidir ki, artıq düzgün işləmək yoludur. Bunu nə qədər tez etsələr bu həm sahibkarlar üçün, həm də dövlət üçün çətinlikləri aradan qaldıracaq. Təbii ki, indi iş sifarişi azdır və maliyyə vəsaiti qıtlığı var. Bu halda özündən başlamalısan ki, mən harda ehtiyat obyektləri tapım ki, maya dəyərini azaldım. Nəyi daha da moderinizasiya edim ki, daha az işçi qüvvəsi ilə daha çox iş görməyə nail olum. Həm şirkətin daxilində rekonukturasiya etməli, həm də hansı istiqamətdə investisiyanı qoymağın düzgün olduğunu müəyyən eymək üçün bazar öyrənməlidir. Və qanunlardakı dəyişikliklərə uyğun manevr edib, siyasətini ona uyğun qurmalısan ki, sonra böyük problemlərlə üzləşməyəsən. “Qartal” tikinti şirkəti də 2017-ci il üzrə iş planlarını buna uyğun şəkildə qurmağa çalışır.
  • Sonda sektor üzrə təcrübəli iş adamı kimi biznesə və bu sahəyə yatırım etmək istəyənlərə nə tövsiyə edərdiniz?
  • İş qurmaq, biznes yaratmaq bir gündə mümkün deyil. İndiki şəraitdə xüsusilə də bazar düzgün öyrənilməlidir. Məsələn, mən universiteti bitirib Sumqayıta gəlmişdim. Bir qədər komsomol katibi işlədim, daha sonra baş memar oldum. Yəni, ciddi maliyyə vəsaitim yox idi, bank kreditləri də bizə uyğun deyildi. Hər şey az-az, böyük zəhmətlə yaradılıb. Əgər bu gün bizim böyük ofisimiz, texnikalarımız, avadanlıqlarımız varsa, bunlar bir gündə əldə əldə olunmayıb. Bu gün də belə bir imkanın olmadan böyük biznesə iddia etmək mümkün deyil. Təbii ki, nədənsə başlamaq lazımdır. Amma o saat böyük işlər görəcəyini düşünmək reallığa uyğun deyil. Ən əsası hər bir kəs öz ixtisasına uyğun və ya bacardığı sahədən başlamalıdır. İnsanlar hansı sahədə uğur qazana biləcəklərini müəyyən etmək üçün öz imkanları və ətrafındakı insanları qiymətləndirməlidirlər.
  • Şahin bəy, maraqli söhbət üçün təşəkkür edirik.
  • Mən də “Consulting & Business” jurnalına fəaliyyətində uğurlar arzulayıram.

Rahim Tariverdiyev

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.