Samir Həbibli
Oct 6 · 2 min read

Daha effektiv, ölçüləbilən və münasib olduğuna görə artıq bütün şirkətlər Rəqəmsal marketinqə baş vurur. Sevindirici haldır ki, bir çox böyük yerli şirkətlər rəqəmsal dönüşümünü (bax: Digital Transformation ) uğurla tamamlayıb. Hətta bizim ölkədə marketinqə göstərilən maraq və görülən işlər istər kreativlik, istərsə də dizayn baxımından digər ölkələrdən heç də geri qalmır. Hətta çox zaman üstələyir.

Şirkətlər tərəfindən olan bu tələbat bir çox şəxsin SMM-ə baş vurmasına və girişimci gənclərin agentlik açmasına stimul verdi. Lakin portfoliosu, kreativliyi və innovativ heç bir həlli olmayan agentliklər aşağı qiymət strategiyası ilə bazara girməyə çalışdılar. Hazırda bu vəziyyət elə bir hala gəldi ki, bu xidməti aylıq 100 AZN-ə, hətta kredit ilə təklif edənlər var. Bunun nəticəsində isə bu iş və peşə müştərilər tərəfindən ucuz bir işmiş kimi qəbul olundu.

Sosial media şirkətin aynasıdır. Düzgün təmsil olunmursa, orada olmamaq daha yaxşıdır.

Şirkət haqqında heç bir məlumatı olmayan potensial müştəri ilkin tanışlıq üçün sosial media səhifələrinə baş vurur. Markanın necə təmsil olunduğunu gördükdən sonra şirkət haqqında ilkin təəsüratları yaranır. Paint-də hazırlanmış şəkilləri, qeyri-peşəkar yazılmış başlıqları ilə sözügedən şirkət nəinki müştəri qazanmaq, əksinə itirmiş olur. Yəni araşdırma edən şəxsin müştəri olmaq istəyi olmuşsa belə artıq seçimi daha peşəkar təmsil olunan markalar olacaq. Çünki şirkət öz xidmətini arxa tərəfdə mükəmməl etsə belə, müştəri peşəkar olmayan mənzərə ilə qarşılaşır. Ona görə də marka Sosial mediada düzgün təmsil olunmursa, orada olmamaq daha yaxşıdır.

İşin əsası marketinqdir. Sosial media vasitədir.

Marketinq kreativlik, yenilik, innovativ həll və doğru qurulmuş kommunikasiyadır. Düzgün qurulmuş kommunikasiya ilə siz, potensial müştərinizin qarşısına doğru zamanda və ehtiyacı olduğu həll ilə çıxmış olursunuz. Markanın sosial mediada təmsil olunması üçün rəqəmsal marketinq strategiyası qurulmalıdır. (İlkin tanışlıq üçün bu haqqda yazdığım Effektiv Sosial Media Marketinq üçün 5 təməl addım bloq yazım ilə tanış ola bilərsiniz.)

Bəzən agentliklərin müştərilərə təklifləri arasında aylıq 30 paylaşım və s. kimi punktlara rast gəlirəm. Bu qənaətə necə gəldikləri maraqlıdır ki, həmin markanın aylıq 30 paylaşıma ehtiyacı var?!

Müştərinin tələbi və ya agentliyin üstünlük kimi göstərdiyi təklif ilə bu nəticəyə gəlmək doğru deyil. Məzh, qurulmuş strategiya əsasında məlum olur ki, həmin şirkətin hədəf kütləsi üçün hansı intervalda paylaşım etmək lazımdır.

Bəzi şirkətlər həftədə və ya ayda 1 dəfə (Məs: Oreo) paylaşım edərək, bəziləri isə gündə 5–6 paylaşım edərək maksimum nəticəni əldə edə bilir (Məs: Red Bull). P.S Paylaşımları hədəf kütlənin gözləntilərini nəzərə alaraq növlərə bölmək, neçə ədəd və hansı intervalda paylaşım edəcəyinizi tapmaq üçün əlverişlidir. (Məzmun növləri haqqında bloq yazım)

Ümumiləşdirsək, “2 post paylaşmaqla” Sosial Media (SM) işi görmək yəni sosial media səhifələrini idarə etmək mümkündür. Lakin marketinq (SMM) nümayiş etdirmək istəyiriksə işə peşəkar yanaşmaq lazımdır.

Rəqəmsal marketinq çoxşaxəli, hər gün yenilənən, biznesə əvəzsiz dəyər qatan, önəmli sahədir.

Samir Həbibli

Rəqəmsal marketinq mütəxəssisi.

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade