Şair, ya musiqiçi? Bəlkə elə hər ikisi? — Bob Dylan haqda.

Bundan 57 il öncə (1962, 19 Mart) Robert Zimmerman “Bob Dylan” adlı ilk stüdyo albomunu yayımlayır. O, bu adın daha sonralar bir amerikan əfsanəsinə dönüşəcəyindən yəqin ki, xəbərsiz idi.
Albom tamamən folk standartlarında olub heç də dövrün populyar musiqilərinə bənzəmirdi. O zamanlar Amerikanın əksəriyyəti üçün xalq musiqisi demək “the Kingston trio” demək idi. Və beləcə 20 yaşlı söz-musiqi yazarı gənc New York kafelərində bir gün radioda belə eşidilməsi xəyal edilməyən bir səslə xalq mahnıları səsləndirir. Ta ki, “Columbia” səsyazma stüdyolarının rəhbəri John Hammond onda olan potensialı kəşf edənə qədər.
Hammond onda bir fərqlilik olduğunu ilk başdan sezir, çünki Bob digərləri kimi deyildi. O, tək gitarada ifa etmirdi, həmçinin harmonica* ilə bunu miks edirdi. O, sanki folk* musiqisinin son dayanacağı idi və bu tərzlə özünü çox yaxşı tamamlayırdı.
Hətta Dylan 2016-ci ildə poetriyaya qatdığı yeniliklər, verdiyi tövhələrə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk musiqiçi söz yazarı olur. Bu hadisə özlüyündə ədəbiyyat adamlarını, tənqidçiləri 2 hissəyə bölür. Onlardan kimisi “gec belə qalınıb” deyərək bunu müsbət qarşılasa da, “Bobun musiqiyə gətirdiyi yenilikdən ədəbiyyata nə?” deyənlər də az olmadı. O özü isə nobel nitqi üçün yazdığı paraqrafa elə bu mövzuya toxunaraq başlayıb. “Bu xəbəri aldığımda yollarda (uzaqlarda) idim və bunu tam olaraq sindirə bilməm açığı, bir neçə dəqiqəmi aldı. Müthiş bir ədəbiyyat adamı olan William Shakespeare haqqında düşünməyə başladım. Shakespeare-in bir oyun (teatr) yazarı olduğunu düsünürəm və onun yazdıqları oxunmaq üçün qələmə alınmamışdı, onlar sadəcə səhnələnmək üçün vardı. Və Williamın “Hamlet”i yazarkən ağlından keçən sualları da təxmin edə bilirəm. “Bu rollar üçün uygun kəslər kimlər?” , “Bu oyun necə səhnələnməli?” və ya “Görəsən, hekayə dogrudan mı Danimarkada keçməli?” və.s. Amma bir şeydən qəlbən əminəm, bəli, Shakespeare-in ağlının ən uc nöqtəsindən belə bu sual keçməmişdi ki, “görəsən bunlar ədəbiyyatdır mı?”.
O, yazdığı mahnı sözləri ilə ədəbi bir ənənə yaradan nadir musiqiçilərdəndir, hətta bunu bacaran sənət adamları deyərdim ki, barmaqla sayılası qədərdir. Onun bu mükafatı alması heç şübhəsiz, ədəbiyyata olan yaxınlığı idi. Dylanın səsi pisdir, bu, bilinən birşeydir. Oxuya bilib-bilməməsi hər zaman müzakirələrə səbəb olmuşdur, lakin onun qələmi əbədi müzakirə olunmaz bir mövzudur. O qələm ki, illərlə şairləri, sənətçiləri, elm adamlarını, ataları, anaları, bir sözlə hər kəsi dəyişimi mənimsəməyə çagırmışdır, apoliptik və protest mahnı sözləriylə insanlara ilham vermişdir.
Bütün bunlara misal olaraq “Blowin In The Wind” parçasını göstərmək olar. O, mahnının sözlərini New York-da bir kafedə sadəcə 10 dəqiqəyə yazdığını bildirib. Sözlərin gücü isə mahnını məşhur Rolling Stones jurnalının “bütün zamanların ən yaxşı 500 mahnısı” siyahısında qeyd etdiyi kimi “hər şeyin dəyişməsi gərəkdiyi və dəyişəcəyini önə sürən, hər hədəfə uyğun yenilikçi bir marş” halına gətirir.
Bob verdiyi konsertlərə sadəcə gitarası və harmonicası ilə çıxaraq özünəxaslıq qazanmışdı. 1965-də o, ilk “elektrikli” (elektro gitaralardan da istifadə edərək) konsertini verir . Ortaya çıxan o rock’n’roll səslənməsindən sonra bir çoxu bunu daha bir yenilik kimi qarşılasa da, bəziləri də onun mainstream-ə* aldandığını və öz tərzini itirdiyini varsayır və bu konsert sonrası Amerikada yeni bir tərz doğulur: “folk rock”. Və bundan sonrakı dövrlərdə artıq Dylanın musiqisi getdikcə öz içində politik mesajları, sosial temaları çox da barındırmamağa başlayır. Mövzular isə genişləməyə davam edərək günümüzə qədər gəlib çıxır.
Bob Dylan hesabı bilinməyən albom, parça, Grammy, Oscar, Nobel başda olmaqla saysız mükafatlara sahib möhtəşəm kariyerasını “bu işi uzun illərdən bəri görürəm, saysız albomlar çıxardım, minlərlə konsert verdim,lakin geriyə dönüb baxdıgımda hər şeyin mərkəzində duran tək şeyin mahnılarım olduğunu görürəm. Mahnılarım dinindən, irqindən asılı olmayaraq bir çox insanın həyatına təsir edir, bunun üçün minnətdaram.” sözləriylə dəyərləndirir. Və o, sözsüz ki, gənc musiqiçi və söz yazarlarına daim ilham mənbəyi olacaq.
*Bəzi terminlər:
harmonica: üfürərək ifa olunan musiqi aləti.
folk musiqisi: country music olaraq da bilinən amerikan xalq mahnıları janrı.
mainstream: aktual, cari janr və ya mövzu.
