SEO NƏDİR?

--

Komandamız SEO işində möhtəşəm uğurlar qazanır!

SEO NƏDİR?

SEO — (ing. Search Engine Optimization) sözünün qısaltması olub, tərcümədə Axtarış Motorlarının Optimizasiya deməkdir. Əgər siz yeni veb sayt hazırlamısınızsa, bu halda axtarışlarda görünmürsünüz. Məhs SEO xidmeti tam olaraq sizin üçündür. SEO xidməti vasitəsilə siz rəqiblərinizdən önə çıxa bilər, yeni insanlar cəlb edib, satışlarınızı daha çox artıra bilərsiniz.

Ruslan Əliyev: “Time4soft komandası bu işləri hər kəsdən ən əlasını edir. Möhtəşəm nəticələr ilə sevindiri!”

SEO-nun növləri

SEO xidmetleri üç hissəyə bölünür:

1) Vebsayt üzərində SEO (ing. On page SEO)

2) Vebsaytdan kənarda SEO (ing. Off page SEO)

3) Texniki SEO (ing. Technical SEO)

1. Vebsayt üzərində SEO xidməti (On page SEO service)

Vebsayt üzərində SEO, adından da göründüyü kimi, vebsayt daxilində olan optimallaşdırma işlərinə verilən addır. Bunlara misal olaraq, bir neçə teq (ing. tag) sıralamaq olar. Onlardan biri “<header>” teqlərinin strukturunun düzgün qurulmasını, kontentlərin SEO qaydalarına uyğun hazırlanmasını, açar sözlərin (ing. Keywords) saytda uyğun bölmələrə yerləşdirilməsi, şəkillərin optimizasiyası, şəkillərə “alt” (<img alt=””>) tegların əlavə edilməsi və s. SEO xidmetler daxildir.

2. Vebsaytdan kənarda SEO xidməti (Off Page SEO service)

Vebsaytdan kənarda SEO-ya, vebsaytdan kənarda görülən işlər aiddir. Bu hissəyə daxil olan ən əsas işlərdən biri daha yüksək nüfuzlu (Qeyd: Domen Score yüksək olan!) vebsaytlardan geri bağlantıların (backlinklər) əlaqələndirilməlidir. Missal üçün: PR8, PR9. PR (ing. page rank) deməkdir. VebSaytın uzun müddətli inkişafı üçün bu son dərəcə əhəmiyyətlidir. Əgər siz də vebsaytınızın axtarış sistemlərində daha üst cərgələrdə görülməsini istəyirsinizsə, SEO xidmeti istifadə emək zamanıdır!

3. Texniki SEO xidməti (ing. Technical SEO service)

Texniki SEO xidməti vebsaytın URL strukturunun düzgün qurmaq, Sitemap sisteminin yaratmaq, Robots.txt bölməsində ehtiyac olan linklərə məhdudiyyətlər qoymaq, vebsayt sürətinin tənzimlənmək və s. kimi əsas texniki əməliyyatlar daxildir.

SEO xidməti yeksək nəticə almaq üçün müəyyən qədər vaxt lazımdır. Biz SEO xidmətinə başlamadan öncə vebsaytını mövcud durumu, fokus olacağımız açar sözlər (ing. Keywords) və rəqibləri təhlil edirik. Mövcud duruma dedikdə, burada vebsaytın mövcud durumu, fokuslandığınız ölkə, açar sözlərin axtarış həcmləri və s. daxildir. Ortalama bir vebsayt üçün 4–6 ay ərzində gözlənilən müsbət nəticələri almaq mümkündür.

Hörmətlə,

Ruslan Əliyev, Direktor

Time4Soft MMC, www.time4soft.com

--

--