Yaxşı hiss etmək

Tunay Novruz
3 min readJul 20, 2022

--

Kitabı oxuyarkən götürdüyüm qeydlər.

Bu kitabı oxumaq bir çox mövzuda fərqindəlik yaratmağa kömək etdi. Duyğuların vacibliyi, düçüncələrimizin və davranışlarımızın necə hiss etməyimizə təsir etdiyini öyrənməyimə kömək etdi. Müəllif uzun illər psixoloq olaraq işləyib və CBT metodunun yaradıcılarından biridir. Yəni bu kitab nəzəriyyədən çox təcrübəyə əsaslanaraq yazılıb və kitabda təklif olunan bütün metodlar ilə pozitiv nəticə almaq olur.

Əvvəlcə düşüncə — duyğu — davranış arasındakı əlaqəni başa düşək. Adətən bizə elə gəlir ki, hisslərimiz bizim düşüncə və davranışımza təsir edir. Məsələn özümüzü yaxşı hiss etmədiyimiz üçün çox vaxt bədbin düşünür və tənbəlli edirik. Bu kitab isə deyir ki, siz bədbin düşündüyünüz üçün özünü pis hiss edirsiniz və bu davranışlarınıza təsir edir. Daim neqativ düşüncələrə sahib olsaq duyğularımız da mənfiyə yönələcək. Düşünün ki, anidən yıxılırsız və diziniz yaralanır, bu sadə bir düşüncədir amma beyniniz həm düşüncəni canlandırır və necə hiss etməli olduğunuza qərar verir və siz özünüzün yıxılmış halını təsəvvür edəndə narahat olursuz. Bu nümunəni özüm uydurduğum üçün yaxşı olmaya bilər :). Qısaca Düşüncələrimiz duyğu və davranışımıza birbaşa təsir edir. Buna görə də yaxşı hiss etmək istəyiriksə gərək yaxşı düşünək. Duyğu vəziyytəimizi dəyişmək elə də asan deyil amma düşüncələrimizi dəyişmək daha asandır və sistematik şəkildə buna cəhd etsək bir müddət sonra düşüncələrimizin dəyişdiyini və beləlilklə də hislərimizin dəyişdiyinin şahidi olarıq.

Beləliklə öyrəndik ki, düşüncələrimiz dəyişmək vacibdir. İndi gəlin hansı düşüncələrin ziyanlı və səhv olduğunu təyin etmə üsullarına baxaq. Kitab deyir ki, beynimizdə səhv olan avtomatik düşüncələr var hansı ki, bizim hadisələrə baxışımıza təsir edir. Bu qəlibləşmiş düşüncələri 10 punkt şəklində ayırır.

  1. Həmişə ya da heç vaxt
  2. Ümumiləşdirmə
  3. Zehində filtirləmə
  4. Müsbətləri görməzdən gəlmə
  5. Nəticəyə atlanmaq
  6. Şişirtmə və ya kiçiltmə
  7. Emosional qərar vermə
  8. malı, məli cümlələr qurmaq
  9. Etiketləmə
  10. Şəxsiləşdirmə

Motivasiya ilə bağlı olan yanşmamı da dəyişdi bu kitab. Çox vaxt düşünürük ki, nəsə etmək üçün gərək həvəs olsun, amma kita deyir ki, biz əvvəl nəyisə edirik, daha sonra həvəs yaranır və beləcə hər hərəkətdən sonra həvəs artır. Yəni nəyisə dəyişmək üçün və ya başlamaq üçün həvəsdən əvvəl hərəkət etmək lazımdır.

Gündəlik tapşırıqlar olaraq bizə hər gün mənfi düşüncələrimizi bir dəftərə yazıb, daha sonra qarşısında bu mənfi düşüncəyə alternativ məntiqli bir cavab verməyə çalışaq. Çünki çox vaxt düşüncələrimizin çoxu qəsdən forması dəyişmiş olaraq beynimizdə qalır. Bu metoda cüt sütun adını verir.

Çöldə baş verən hadisələri necə şərh etməyimiz də bizim hislərimizə çox təsir edir. Eyni hadisə qarşısında necə hiss etdiyimizi o hadisəyə baxışımız təyin edir. Ümumiyyətlə bizi bizdən başqa heçkim incidə bilməz, biz çöldən gələn məlumatları benimizdə analiz edərək mənfi yoxsa müsbət olduğuna qərar veririk. Bu qərar vermə mexanizmində səhv olarsa duyğularımız da səhv olacaq.

Yaxşı hiss etmək və yaxşı olmaq arasındakı fərqdən də danışır və bizi depresiyaya salacaq düşüncələrdən daimi xilas olmağ üçün yollar təqdim edir.

Daxili işığı yandırmaq başlığı olan hissə də maraqlı idi. Özümüzü necə hiss etməyimiz çöldən asılı olarsa bunu idarə etmək çətindir, çünki hər zaman çöldəki insan və hadisələrdən asılısan, amma öz daxilində dəyişiklik etsən və yaxşı hiss etmək üçün çöldən asılılığını minumuma endirsən daha asan olacaq.

Mənfi düşüncələrinizi yazdığınız bir dəftər olsun. Bu düşüncələri sonra təhlil edib məntiqsiz olanları, təhrif olunmuşları ayırd edə bilərsiniz.

Depresiya, rədd edilmə, yalnızlıq intihar, ümidsizlik, çarəsizlik, sevgi bağlılığı, İnsanları dəyərləndirmə şkalamız və buna bənzər bir çox mövzuda çox faydalı üsullar da təqdim edir.

--

--

Tunay Novruz

Oxuduqlarımı, düşündüklərimi, öyrəndiklərimi arada bir yazıram...