Google Bulud Platformasında Verilənlər Bazası xidmətləri

Valid Akhundov
3 min readApr 6, 2020

--

Salam, bu məqalədə bulud xidmətləri təklif edən şirkətlərdən biri olan Google-un bulud platformasında — Google Cloud Platform(GCP) verilənlər bazası(VB) xidmətlərindən istifadə etməyi göstərəcəm. GCP bizə 3 növ verilənlər bazası idarəetmə sistemi (VBİS) təklif edir. Bunlar MySQL, PostgreSQL və SQL Server-dir. Biz nümunə üçün PostgreSQL üzərindən baxacıq çünki gələcək məqalələrimdə bu VB-dən istifadə edəcəm. Əvvəlcə GCP-nin konsoluna daxil oluruq. Proyekt seçiminə klikləyirik:

Ad təyin edərək yeni proyekt yaradırıq:

Proyekt yaradıldıqdan sonra “Navigation menu”-> “STORAGE” -> “SQL”-ə daxil oluruq:

“CREATE INSTANCE”- a kliklədikdən sonra 3 seçim gəlir. Bunlar az öncə qeyd etdiyim VBİS-lərdir:

“Choose PostgreSQL”-i seçirik:

Ad və susmaya görə postgres istifadəçisi üçün parol təyin edib, “Create”-ə klikləyirik. Proses tamamlanda aşağıdakı kimi “Insatance”-ımızın uğurla yaradıldığını görə bilərik:

Gördüyünüz kimi artıq public ip adressimiz (35.184.249.226) bəllidir. Ətraflı baxmaq üçün “Instance ID”-yə tıklayırıq:

Əgər öz local terminalınızdan bu VBİS-ə daxil olmaq istək:

 psql -h 35.184.249.226 -U postgres 

Nəticə uğursuz olacaq çünki şəbəkə icazəmiz yoxdur. Lazımi icazələr üçün sol menudan “Connections” -a daxil oluruq:

“Add network”-ə tıklayıb “Network”- xanasına 0.0.0.0/0 daxil edirik. Bu bütün ip-lərə icazə ver deməkdir. Bu zaman platforma da bizə xəbərdarlıq edir sadəcə biz nümunə üçün baxırıq deyə bir problemi yoxdur lakin siz öz proyektlərinizdə şəbəkə tərəfini daha diqqətli nəzərə alın.

İndi öz terminalımızdan daxil olaq:

Uğurla qoşulduq. Diqqətiniz üçün təşəkkür edirəm, faydalı olması ümidi ilə növbəti məqalələr üçün izləmədə qalın :)

--

--