Şəkər xəstəliyi haqqında.

Çoxunuz şəkər xəstəliyi haqqında eşitmisiniz. Bəzi insanlarda müəyyən vaxt sonra damarlarda dövran edən qanda şəkər səviyyəsi yüksəlir, insanların bir qismi bundan ötrü ciddi pəhriz tutmağa başlayırlar, bir hissəsi isə fəsadlardan şikayət edir. Görəsən, şəkər xəstəliyi nədir, qanda şəkər niyə yüksəlir?

İnsan da bir maşındır — onun yanacağa ehtiyacı var.

Diqqətlə ətrafını incələyən düşünən insanlar dünyada var olan hər şeyin ortaq fəlsəfəyə və məntiqə sahib olduğunu yəqin dəqqətə alırlar. İnsanlar da planetlərin Günəşin ətrafında olduğu kimi bar verən, enerji mənbəyi olan özlərindən daha böyük insanların (səma cismlərinin) ətrafında toplanırlar. Biz, bunlara lider, quru deyirik — müxtəlif adlar taxırıq. Bəziləri elə bu cür insanlara “Günəş” deyib (məsələn, XIV Lüdovik kimi). Ya da insanlar düzəltdikləri avtomobillərin istehsal etdiyi artıq istilikdən qurtarmaq üçün radiatoru kəşf etdilər, lakin bu radiator fikrini də insan bədənini örtən dəridən aldılar.

Avtomobil demişkən, insan bədəni də enerji istehsal edən və bu enerjini müxtəlif fəaliyyətlərə sərf edən mexanizm kimidir. Avtomobil məsafə gət etmək üçün sərf edir, insan isə həm məsafə qət edir, həm düşünür, həm də işləyir.

Avtomobilə hərəkət verən mühərrikdir. İnsanda da (lap elə bütün canlılarda da) hərəkət verən mühərrik ürək deyil, hüceyrələrin daxilində var olan mitoxindrilərdir. Əslində bədənimizdəki qanı bütün orqanizmə paylayan ürək mühərrik kimi düşünülsə də, daxili yanma mühərriki məhz mitoxondrilərdir.

Mitoxondrilər, ümumiyyətlə yanaraq enerji buraxan bütün maddələri yandıran mexanizmlərə əvvəlcə yanacaq lazımdır. Canlı hüceyrəsi bir çox yanacaqdan istifadə edə bilər. Bunlar yağ turşuları, aminturşular, fruktoz, spirt və qlükozdur.

Sənayedə yanacaq kimi kömür, dizel yanacağı, benzin, Uran-235 istifadə edilə bilər. Hamısınnın fərqli şəraitə ehtiyacı var, buraxdıqları enerji potensialı da fərqlidir. Canlı hüceyrəsi üçün ən rahat enerji mənbəyi Qlükozdur.

Qlükoz ən sadə karbohidrat olaraq tükətdiyimiz həmən hər qidanın tərkibində mövcuddur. Şəkər, bal, meyvə şəkəri ən sadə karbonhidratlardır.Düyü, çörək, kartof nisbətən daha mürəkkəb karbohidratlardır. Tərəvəzlər, xüsusilə də odun kimi sərtliyi olan tərəvəzlər ən mürəkkəb karbohidratlardır.

İnsan orqanizmi tükədilən bütün karbohidratları parçalayaraq axırda sadə şəkər şəklinə salır və öz mühərrikinə — hüceyrə daxilindəki mitoxondrilərə ötrürür.

Yəqin ki, maşın mühərrikində karbürator və ya püskürtmə sistemləri haqqında eşitmisiniz. Yanacaq mühərrikin daxili yanma kamerasına elə-belə tökülmür, ya karbürator, ya da püskürtmə sistemi tərəfindən oraya ötürülür. Canlı hüceyrə də bir yanacaq olaraq şəkər özbaşına hüceyrə daxilinə keçmir, xüsusi reseptorlar vasitəsi ilə daxilə ötürülür.

Canlılarda siqnal vacib şərtdir. Xəbər və ya icazə gəlməsə heç bir hüceyrə öz daxilinə bir qlükoz molekulu belə almaz. Bu cəhətdən canlıların hüceyrələrində əməlli ierarxiya olduğunu söyləyə bilərik. Hüceyrə ətraf mühitdən məlumatı öz antenləri, reseptorları ilə alır. Hər hüceyrənin üstü, yəni qılafı çoxlu insulin reseptoru ilə örtülüdür. Qandakı insulin hormonu bu reseptorlara birləşdikcə, hüceyrə öz daxilinə qlükoz molekulu alır. Hüceyrə qılafındakı 1 ədəd insulin reseptoruna 10 ədəd insulin molekulu bağlanarsa, hüceyrə də daxilə 10 ədəd qlükoz molekulu alacaq. Ətrafındakı 10 ədəd reseptora 7 ədəd insulin bağlanarsa, artıq 7 qlükoz molekulu alacaq.

Şəkər xəstəliyi.

Canlı hüceyrədə qlükoz alınmasına, yəni yanacaq təminatına 2 hal təsir göstərə bilər:

  1. Qanda insulin çatışmadığı üçün reseptorlara kifayət qədər insulin bağlana bilmir, hüceyrə daxilinə daha az qlükoz daxil olur, nəticədə isə hüceyrə “ac” qalır. İnsan nə qədər karbohidrat qəbul etsə də, hüceyrələr daxilə qlükoza ala bilmədikləri üçün qanda şəkər gedərək yüksəlir, amma qlükoz bolluğü içində hüceyrələr yenə də qlükoz əksikliyi yaşayırlar.
  2. Hüceyrə qılafında yerləşən insulin reseptorları xarab ola bilər. Bu zaman insulin istəsə də bu reseptorlara yapışa bilmir, nəticədə hüceyrə yenə də….kifayət qədər qlükoz qəbul etmir, qandakı şəkər boşu-boşuna dövran edir, artığı sidiklə atılır, lakin hüceyrə bolluq içində “ac” qalır.
Sağlam hüceyrədə 2 sağlam insulin reseptoruna 2 insulin bağlanması daxilə 2 insulin alınması ilə nəticələnir.

Qanda şəkər səviyyəsinin yüksəlməsi insan damarları üçün öldürücü təsirə malikdir. Bu zərərin yanına hüceyrələrin yaşadığı “Aclıq” stresini də əlavə etsək, ortaya əməlli acınacaqlı mənzərə çıxır.

Xəstə hüceyrədə 1 sağlam insulin reseptoruna ancaq 1 insulin bağlanması baş verdiyi üçün daxilə ancaq 1 qlükoz daxil edilir.

Hər 2 hal Şəkər xəstəliyi olaraq bilinir.

Qanda insulin hormonunun əksikliyi Tip I Şəkərli Diabet adlanır və nəticədə qanda “artıq” qlükoz molekulu qalır.

Qanda insulin hormonunun kifayət qədər olmasına baxmayaraq, insulin reseptorlarında xəsarət Tip II Şəkərli Diabet adlandırılır və nəticədə yenə də qanda “artıq” qlükoz molekulu qalır.

Bəli, lap bizə oxşayır. Bolluq içində “aclıq” və artıq dırnaq arasına alınmayacaq qədər aşkar səfalət yaşayırıq.

Halbuki, insulinimiz (neftimiz və sərvətimiz) kifayət qədərdir.

Deyəsən, xarab olmuşuq.

Dr. Vasif İsmayıl