#1DoktorunGördükləri: Sonrakı peşmançılıq

İnsanlar dünyaya gəldiklərində artıq kifayət qədər böyük potensiala sahibdirlər. Bunu inkişaf etdirmək və vaxtında istifadə etmək lazımdır. Bacarıq öz başına buraxılanda da yazıqdır, yetişmiş potensial yerində istifadə edilməyəndə də.

Bu gün bir kişi xəstə əməliyyat edildi. Sol böyrəyi çıxarıldı. Ətrafdakı damarları, limfa düyünlərini tutan böyük bir şiş var idi. Söhbət xərçəngdən gedir. Patohistologiya nəticəsini görmədən belə bunu söyləmək olar.

Xəstədə mövcud şişin sxematik təsviri (sağ tərəf).
Mənbə http://patients.uroweb.org/kidney-cancer/locally-advanced-kidney-cancer/

Xəstə, sözsüz ki, əməliyyatdan fayda görəcək. Amma yenə də başına başqa qəza gəlməzsə, həyatını bu xəstəlik sonlandıracaq.

Beş il əvvəlki radiologiya müayinələrinin nəticələrini gördük. Şiş açıq-aşkar görünür. Xəstənin və yaxınlarının xəbəri olsa da, heç nə etməyiblər.

Heç nə.

Beş il əvvəl əməliyyat olsaydı, 86% ehtimalla həyatı qurtulacaqdı. İndi isə söhbət 15%-lik beş illik yaşama müddətindən gedir.

Ona verilən şansı, ağıl potensialını niyə istifadə etmədi görəsən?

Doktorun gördükləri rubrikasında gündəlik həyatda qarşılaşdığımız, amma müxtəlif səbəblərdən dilimizə gətirmədiyimiz hadisələrdən söhbət açılır.