“BİZNESMEN” Jurnalistlər …

Londona 7 günlük səyahət qazandıran təlim bitdi. London səfərindən yararlananlar isə jurnalistlər olacaq. Çünki onlar bu səyahəti qazanmaq üçün Biznes Jurnalistika layihəsinin iştirakçısı olublar. 3 aydır keçirilən təlimdə müxtəlif media qurumlarını təmsil edən 11 jurnalist iştirak edib. Əslində belə bir təlimdə iştirak etmək çox jurnalistin arzusu olsa da layihəyə qoşulmaq üçün bir neçə mərhələni keçmək çətinliyi bəzən istəyin reallaşmamasına da səbəb olur. Müsabiqədə iştirak üçün tələb olunan şərtlər, 1-ci mərhələdə iqtisadi yazının təqdim edilməsi idisə, sonrakı daha məsuliyyətli, həyəcanlı müsahibə hissəsini də uğurla keçmək tələbi idi. Lazımi etapları adladıqdan sonra isə mütəxəssiləri cavabları, yazıları ilə qane edən jurnalistlər üçün təlimə start verildi.

Jurnalistləri təəccübləndirməyin o qədər də asan olmadığını bilirik. Lakin layihənin təlimçisi Dan Mason ilk gündən pozitiv enerjisi, bilik bacarığı ilə iştirakçıları mat qoymağı bacardı.

Öyrətməyə, bildiklərini paylaşmağa maraqlı olan Dan Mason 5 ildir layihədə təlimçi kimi yorulmadan iştirak edir. Müddətin çoxluğu kimi onun tanıdığı jurnalistələrin sayı da çoxdur. Elə maraq doğuran məqam da onun jurnalistlərdə apardığı müşahidələrdir. Danın Azərbaycan jurnalistlərinə verdiyi qiymət görəsən neçədir?

Jurnalistlər üçün yüksək səviyyədə təşkil olunan təlimin təşəbbüskarları “PAŞA Bank”, “British Council” və Tomson Fondudur. Artıq 5 ildir ki, davam edən “Biznes Jurnalistikası” layihəsini ərsəyə gətirənlərin məqsədi nədir? Hansı zərurətdən belə layihəyə ehtiyac yarandı? Jurnalistlərə peşə, bilik bacarıqlarının artırılması imkanı kimi izah edilən layihənin əsl məqsədi nədir? Yəni təşkilatçılar layihəyə göstərdikləri dəstəyin qarşılığını yetərincə ala bilirlərmi? Öncə Biznes Jurnalistika layihəsini British Council və Tomson Fondunun rəsmisi xanım Elizabet Vayti dinləyək.

Ölkədə bu qədər bank var ikən “Paşa Bank”ın dəstək təşəbbüsü təqdirə layiqdir. Bəs görəsən bank layihənin iştirakçılarından daha sonra necə faydalanır?

Layihənin davam etdiyi 5 il ərzində müxtəlif televiziya, radio və agentliklərin müxbirləri layihənin iştirakçısı olub.

Jurnalistlərə kollektiv işləmək bacarığını aşılayan layihə haqqında onların fikirləri maraqlı olduğu qədər, təlimdən nələri öyrəndikləri, əldə etdiklərini isə yaradıcılıqlarında necə tətbiq etmələri də maraqlıdır. Bu səbəbdən layihənin keçmiş iştirakçılarının fikirlərini öyrənmək yerinə düşər. Aysel Biznes Jurnalistikası layihəsinin 2015-ci il məzunudur.

4 hissədən ibarət olan təlim proqramının Bakıda keçirilən sonuncu mərhələsi yekunlaşır. 3 həftəlik proqramın hazırki iştirakçıları təlimdən nə qazanıblar?

Təlimin sonuncu, yəni 4-cü mərhələsi Birləşmiş Kralığının paytaxtı Londonda baş tutacaq. Novruz bayramına təsadüf edəcək London səfərində jurnalistləri bir-birindən maraqlı görüşlər gözləyir. Fond Birjalarında olmaq, nəhəng BBC-ilə tanışlıq jurnalist olan hər bir kəsin arzusudur. Jurnalistin aldığı məvaciblə 7 günlük London səfərinin çətin ərsəyə gələcəyi reallığını qəbul edərək bu arzunu media əhlinin ovuclarına gətirən “PAŞA Bank”, “British Council” və Tomson Fondu olmaqla hər 3 təşkilatçıya təşəkkür edirik.