İnsaytları çıxarmaq üçün vizuallaşdırmanın əhəmiyyəti

Farid Gasimov
ABB Data Portal
Published in
2 min readSep 15, 2023

Məlumat çağında yaşayırıq. Hər gün milyonlarla məlumatla qarşılaşırıq, lakin bu məlumatları necə təhlil etməli, başa düşməli və onlardan insaytlar çıxartmağımıza kömək edəcək vasitələrə necə sahib olmalıyıq? Vizualizasiyanın gücü burada başlayır.

Vizualizasiya nəyə xidmət edir?

  • Təhlil və anlama: statistik və mücərrəd məlumatları anlamaq çətindir, lakin bu kimi konseptləri vizual şəkildə təqdim edildikdə daha aydın və başadüşülən olur.
  • Beynimizdədaha sürətli işlədilən məlumat: vizualizasiya, kompleks məlumatları visual formada təqdim edərkən, bu məlumatların daha tez və effektiv şəkildə qavranır. Nəticədə istifadəçilər rəqəmlərin təsirini daha yaxşı hiss edir, buna əsaslanaraq qərarlar verilər.
  • Sinxron məlumatların prosesləşdirilməsi: insan beyni bir neçə informasiyanı eyni vaxtda təhlil edə bilmir. Vizualizasiya isə bir çox məlumatı eyni anda göstərmək üçün effektiv yol təmin edir.

Nümunələr və İstifadə Halları

Vizualizasiyanın tətbiq dairəsi genişdir və bir çox sahələrdə müsbət nəticələr verir:

Səhiyyə: Xəstəlik yayılmasını göstərmək üçün xəritələr və grafikalar.

  • Müsabiqələr: İdman yarışlarında komandaların vəziyyətini müqayisə etmək üçün xal cədvəlləri.
  • Bazar Araşdırma: müştəri davranışını və satış trendlərini göstərmək üçün sütun grafikaları və tərtibat xəritələri.

Məlumatları təhlil etmə və insaytlar çıxartmaq üçün vizualizasiyanın necə kömək edə biləcəyini qiymətləndirərkən aşağıdakı məsələləri nəzərdən keçirmək vacibdir:

  • Düzgün alətləri seçmək: məlumatların vizualizasiyası üçün bir çox alətlər mövcuddur. Məqsədinizə uyğun olanını seçmək mühüm ola bilər.
  • Düzgün məlumat mənbələrini seçmək: Vizualizasiya yalnız təqdim olunan məlumat qədər dəqiqdir. Məlumatları doğru və etibarlı mənbələrdən toplamağınız vacibdir.
Photo by Luke Chesser on Unsplash

Nəticə

Vizualizasiya, kompleks məlumatları başa düşməyə və təhlil etməyə kömək edən kritik bir vasitədir. Bizim bu informasiya çağında, vizualizasiyanın gücündən faydalanmağa daha çox ehtiyacımız var. İstər işdə, istər tədqiqatda, istər günlük həyatda olsun, məlumatın vizual şəkildə təqdimi həmişə daha yaxşı başa düşməyə və daha mənalı qərarlar qəbul etməyə kömək göstərir.

--

--