Uğurlu məhsula gedən yol: Prioritetləşdirmə sənəti

Sovet Safguluzada
ABB Innovation
Published in
3 min readFeb 26, 2023

Məhsul sahibinin ən kritik məsuliyyətlərindən biri tələblərə düzgün prioritet təyin etməkdir. Düzgün prioritet təyin etmək müştərilərin tələbinə zamanında düzgün reaksiya verməkdə, komandanın diqqətini düzgün şeyə fokuslamaqda, ən əsası isə optimal variantla məshulun dəyər gətirməsində mühüm rol oynayır.

Bu bloqumda məhsul sahibi olaraq “Düzgün prioritet necə təyin edilməlidir?” sualına cavab tapacağıq.

1. Müştəri və biznesin ehtiyaclarını başa düşmək
Hansı tələbin daha vacib olduğunu təyin etmək üçün ilk meyar müştərilərin ehtiyacını bilmək və biznesinin məqsədinə tam hakim olmaqdır. Sizə qərar verərkən yol göstərən əsas amillərdən biri bu meyarlardır.

Müştəri nə istəyir? Biznes nə gözləyir?

2.Maraqlı tərəflərin gözləntilərini və fikirlərini bilmək (Communicate with stakeholders)
Vacib olan bir digər amil isə mütəmadi olaraq maraqlı tərəflərdən rəy almaqdır. Onların prioritetlərini başa düşmək və uyğun rəyləri nəzərə almaq bu yolda uğurlu olmağın əsas məqamlarından biridir. Bu prosesi maraqlı tərəfləri “Sprint Review” görüşlərinə dəvət edərək və onlardan rəy alaraq idarə edə bilərsiniz.

Güc birlikdədir

3.Prioritetləşdirmə metod və texnikalarından istifadə etmək
Bu texnikalar tələblərin müxtəlif meyarlarını nəzərə alaraq hazır metodlar vasitəsilə bizə daha asan qərar verməkdə kömək olur. Nümunə olaraq, “MoSCoW”, “Kano model”, “RICE” və bu kimi digər metodlardan istifadə edə bilərik.

Düzgün qərar ver

4. Dəyərə fokuslanmaq
Məhsul sahibi olaraq prioritet təyin edərkən ən vacib məqam müştəriyə və biznesə ən çox dəyər qatan tələbi təyin etməkdir. Bu, komandanın ən dəyərli tələbin üzərində işləməsinə, daha sonra sürətli dəyər gətirməsinə kömək edəcək.

Əsas dəyər hər zaman diqqət mərkəzində olmalıdır

5. Mütəmadi olaraq gözdən keçirmək və adaptasiya etmək
Məhsul sahibi olaraq unutmamalıyıq ki, prioritetləşdirmə dayanmadan davam edən bir prosesdir. Prioritetlərinizi mütəmadi olaraq nəzərdən keçirməlisiniz. Hər gün maraqlı tərəflərin, müştərilərin, “Development Team”in və məhsulla bağlı fikri olan hər kəsin rəylərini dinləməli, lazım gəldikdə sürətli şəkildə prioritetlərinizi tənzimləməlisiniz. Yəni dəyişməyi bacarmalısınız.

Düzgün zamanda dəyişiklik etməyi bacarmalısan

Ümumiyyətlə, biz başa düşməliyik ki, “Scrum” komandanın uğurlu məhsul ərsəyə gətirməsində düzgün prioritet təyin etmək ən vacib amillərdən biridir. Siz məhsul sahibi (“Product Owner”) olaraq bu prosesdə kritik rol oynayırsınız. Yuxarıdakı meyarları düzgün tətbiq edərək əmin ola bilərsiniz ki, komanda olaraq düzgün yoldasınız. Bununla sürətli şəkildə düzgün nəticə əldə edə bilərsiniz.

Sonda isə bloqumu oxuduğunuz üçün təşəkkür edirəm. Nəzərə alın ki, bunları şəxsi təcürbələrimdə qarşılaşdıqlarıma əsasən yazmışam. Sizin rəyləriniz mənim üçün çox dəyərlidir. Onlar həm daha keyfiyyətli bloq yazmağıma, həm də birlikdə inkişaf etməyimizə kömək olacaq.

--

--

Sovet Safguluzada
ABB Innovation

Experienced product owner and business analyst with a strong IT background and over 2 years of experience in product development and Agile.