AWS mühəndisinin sertifikatı

Vurğun Hacıyev
ATL Tech
Published in
3 min readDec 6, 2019

--

AWS dünyanın ən sürətli böyüyən bulud xidmətlərinin ümumi adıdır. Hər bir biznesin əsas faktoru talant olduğu kimi, bu sahədəd də mühəndsə ehtiyyac var. Mühəndis olmaq üçün hansı sertifikatlara sahib olamalıyıq sualının araşdırmasına baxaq. AWS təlim və Sertifikatı mühəndisin cloud texnologiyasında bacarıqlarını təsdiqləməyə kömək edir. AWS sertifikatlaşdırması, şirkətlərə (bütün sektorlara) AWS istifadə edərək innovativ qərarların və rəqəmsal transformasiyanı daha tez və sürətlə baş verməsini, inkişaf etdirməyə kömək etmək üçün mütəxəssislər hazırlamağa kömək edir. Sertifikatların hansı mərhələləri var şəkil 1. -ə diqqətlə baxaq. Əsas olaraq 3 mərhələdən ibarət olan bir mərhələdir. Cisco oxuyan mühəndislər çox rahatlıqla bu şəkilə baxıb, CCNA- CCNP- CCIE mərhələlərini xatırlayarlar. Demək olar ki, bütün vendorların sertifikat prinsipləri eyndir.

Şəkil 1.

Foundational ( ilkin mərhələ)- Bu mərhəlyə aid bir sertifikat var — AWS Certified Cloud Practitioner. Əgər təməl bilikləriniz yoxdursa bu sertifikatı oxumağınızı tövsiyyə edirəm. Serifikat oxuyan zaman Network ( ip, DNS,routing,subnetting,tcp,udp və s. ), Storage, Database, Rollar ( isitfadəçi hüqauları, qrupları, və polisiləri) kimi terminologiyanı öyrənəcəksiniz. Bundan əlavə olaraq AWS Cloud infrastrukturunun nə olduğunu, memarlıq prinsiplərini, AWS platformasındakı əsas xidmətləri və ümumi istifadə nümunələrini (məsələn, əməliyyat və analitik), platformada təhlükəsizlik modelini, ödəmə qiymət siyasəti modellini öyrənəcəksiniz. Sertifikat sizin infrastruktur mühəndisi olmağınızn ilk təməlini ortaya qoycaq. AWS platformasının Sertifikat Associate və Specialy mərhələrləri üçün təməl ayırlmaz hissədir. Bu biliklərdən sonra Linux öyrənməyiniz ən yaxşı addım olardı.

Associate — Bu mərhələdə mühəndis hansı istiqamətdə yol gedəcəyinin qərarını verməlidir. Çünki, nəticədə Professional səviyə üçün ya DevOPS, ya da Solution Architect ( həllər üzrə memar ) mühəndisi olmalıdır. Sual verə bilərsiniz ki, hər ikisi olmaq olmaz ki, ola bilərsiniz sizin zamanınızdan və seçəcəyiniz işin xarakterindən asılıdır.

  • AWS Certified Solutions Architect — həlllər memarı kimi fəaliyyət göstərən və AWS-də əlçatan, qənaətcil, risk analiz və genişlənə bilən sistemlərin dizaynında ən azı bir illik praktik təcrübəsi olan insanlar üçün nəzərdə tutulmuşdur. Bu sertifikatın məqsədi; Müştərinin tələblərinə uyğun olaraq memarlıq dizayn prinsiplərindən istifadə edərək bir həll təyin edə bilmək. AWS platformasında infrastrukturu qura bilmək və şirkətlərin mövcud sistemlərini miqrasiyasını həyata keçirtməkdir.
  • AWS Certified SysOps Administrator Bu sertifikatın məqsədi; AWS üzərində qurulmuş bir tətbiqin və ya işləyən sistemin yeni versiyalarının idarə edilməsindən və deploy prosesindən cavabdehdir.
  • AWS Certified Developer — Associate Bu sertifikatın məqsədi; proqram tərtibatçısı rolunda işləyən və AWS əsaslı bir tətbiqin hazırlanması və saxlanılması üzrə ən azı bir illik praktik təcrübəyə sahib olanlar üçündür.

İmtahana hazırlaşmaq üçün nə etməliyəm.

  1. Fərqli xidmətlərin birlikdə necə istifadə olunduğunu öyrənmək üçün AWS-in istinad memarlığına baxmaq da faydalıdır.
  2. Mütləq video dərsliklərə baxın. Udmey -də olduqca çox videolar var. Əgər Udemy-dən bir neçə video dəsr alacaqsınızsa Sizə bir başa acloud.guru linkindən istifadə etməyi tövsiyyə edirəm, bu sahədə ən yaxşılardan biridir.
  3. Free AWS console istifadə edin. 1illik pulsuzudur. Labları etmək mütləqdir. Əliniz isnişsin.
  4. Çox material axtarmağa ehtiyac yoxdur. Bu link bəs edir sizə. AWS Certified Solution-Arc Administrator Official Study Guide Associate Exam kitabını oxumağı tövsiyyə etmirəm. AWS çoxsayda yeniliklər gətirib kitab hələ update olmayıb.
  5. Hər hansı bir sulaınız olarsa https://www.linkedin.com/in/vurgun/ yaza bilərsiniz.

--

--